Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Astana, 12 oktyabr, AZƏRTAC
Qazaxıstan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının mülki infrastrukturuna edilən hücumlarla əlaqədar bu ölkədə olan vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, vətəndaşlara yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, insanların kütləvi toplaşdığı yerlərdən və yüksək riskli obyektlərdən uzaq durmaq tövsiyə olunur.
Nazirlik, həmçinin zəruri hallar istisna olmaqla, hava limanlarına getməkdən çəkinməyi, uçuşların statusunu əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirməyi və mümkün olduqda vacib olmayan səfərləri təxirə salmağı məsləhət görür.
Fövqəladə hallar baş verdikdə Qazaxıstan vətəndaşlarına ölkənin Ər-Riyad və Ciddə şəhərlərindəki diplomatik nümayəndəliklərinə müraciət etmək tövsiyə olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:173
Bu xəbər 12 Oktyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















