Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 19 avqust, AZƏRTAC
Qazaxıstanın Karaqanda vilayətinin Şet rayonunda, Ünirək kəndi yaxınlığında ümumi sahəsi 650 hektar olan yanğın lokallaşdırılıb.
AZƏRTAC Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 613,6 hektar sahədə quru ot, həmçinin meşə ilə örtülü ərazinin bir hissəsi yanıb. Yanğının meşə massivlərinə daha da yayılmasının qarşısı alınıb.
Yanğının söndürülməsinə təxminən 310 nəfər şəxsi heyət və 44 texnika, həmçinin 2 helikopter cəlb olunub.
Hazırda ayrı-ayrı közərən ocaqların söndürülməsi və ərazinin suvarılması işləri aparılır. Vəziyyət Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb
23 Oktyabr 2026 22:21
Yanğın 1,2 min kvadratmetr ərazini əhatə edir...
10 Aprel 2025 19:44
Kəlbəcər şəhər parkı 11 hektar ərazini əhatə edəcək
22 Avqust 2025 11:18
ABŞ də yanğınlar 34 min hektar ərazini əhatə edir
08 İyul 2025 11:11
Baxış sayı:93
Bu xəbər 19 Avqust 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















