Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Qazaxıstanda Ağdam daşından tikilmiş Ağ ev

Qazaxıstanda Ağdam daşından tikilmiş Ağ ev

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 26 sentyabr, AZƏRTAC

Türküstan vilayətinin kiçik Martobə kəndinə daxil olanda qeyri-adi bir ev gözə dəyir. Ağ daşdan inşa edilən bu ev kəndin digər ənənəvi tikililəri arasında dərhal seçilir.

Bu evin hər bir cizgisi sanki uzaq Azərbaycandan bura köçürülüb. Bu isə təsadüf deyil, çünki bu evdə elə bir həyat hekayəsi var ki, o, bədii film üçün süjet ola bilər.

Evin sahibəsi yaşlı bir qadındır. Xurşud Mustafayeva iki mədəniyyəti özündə yaşadır. Atası azərbaycanlı, anası qazax olan Xurşud xanım körpə yaşlarında ata anası tərəfindən Ağdam rayonunun Sarıcalı kəndinə aparılıb və uşaqlıq, gənclik illərini orada keçirib.

Elə orada möhtəşəm Azərbaycan mahnılarını oxumağı öyrənib.

Xurşud xanım öz məhəbbətini də Azərbaycanda tapıb və onunla evlənib. Onlar ailə qurduqdan sonra tale elə gətirib ki, Qazaxıstana köçməli olublar.

Xurşud xanım bu gün də hər gün televizora baxır, diqqətlə Azərbaycandan gələn xəbərləri izləyir. “Həmişə televizora baxıram, Ağdam haqqında xəbərləri axtarıram”, – deyə o, uşaqlıq illərinə aid şəkilləri göstərərir.

“Çox gözəl səsim var idi və həmişə mahnı oxuyurdum”, – deyə o, uşaqlıq və gəncliyini xatırlayır.

Bu evə daxil olan adam qəribə bir hiss yaşayır, sanki Qazaxıstanın hansısa bir kəndində yox, Azərbaycanın hansısa guşəsindəsən. Memarlıq üslubu, planı, interyerin hər detalı ev sahiblərinin Azərbaycan köklərini əks etdirir.

“Evin tikintisi üçün ağ daşları həyat yoldaşım Ağdamdan gətirmişdi”, – deyə evin xanımı bildirir.

O, keçmişdən yadigar qalan əşyaları ehtiyatla qoruyub saxlayır: Azərbaycandan gətirilmiş qədim xalça, çaydan, uşaqlıq və gənclik illərinin fotoları.

“Bu nəlbəki 1895-ci ilə aiddir, mənə Ağdam rayonundan olan nənəmdən yadigar qalıb. Bu çaydanı isə özüm Ağdamdan gətirmişəm”, – deyə Xurşud xanım əşyaları göstərir.

Yaşının çox olmasına baxmayaraq, o, hələ də Azərbaycan mahnılarını unutmayıb. Onun səsində Azərbaycanda yaşanan illərin nostalji notları açıq-aydın hiss olunur.

Mən Xurşud xanımdan mahnı oxumasını xahiş etdim və Azərbaycan melodiyaları səslənəndə heyran qaldım, çünki hər bir sözü, hər bir intonasiyanı dəqiqliklə yadında saxlayıb.

Bu görüş mənim üçün bir qeyri-adi xatirə oldu. O gün Xurşud Mustafayevanın heyrətamiz səsi, onun Ağdamla bağlı uşaqlıq xatirələri və illərlə qoruyub saxladığı qədim əşyalar bir-birinə qarışaraq yaddaqalan bir mənzərə yaratdı.

Bəlkə də, bir gün bu möhtəşəm tale bədii film üçün mövzu olacaq. Çünki bu hekayədə hər şey var: sərhədləri aşan məhəbbət, Vətənlə ayrılıq, yaddaşa sədaqət və insan qəlbinin minlərlə kilometr uzaqda olsa belə, doğma ocağın istiliyini qorumaq gücü.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri