Qazaxıstanda arvadını öldürməkdə təqsirli bilinən sabiq nazir həbsxanadan yoxa çıxıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniyada çəkməli olan Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbsxanadan yoxa çıxıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, AIRAN telekanalının jurnalistlərinin araşdırması sayəsində məlum olub.
Məlumata görə, sabiq nazir Arşalı kəndindəki cəzaçəkmə müəssisəsində olub, lakin onu orada tapmaq mümkün olmayıb.
Bişimbayevin saxlanmalı olduğu müəssisədə olmaması barədə məlumatı vəkili də təsdiqləyib.
Qazaxıstanın hüquq-mühafizə orqanları Bişimbayevin yoxa çıxmasından sonra harada olması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Qazaxıstanın sabiq naziri Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanın qətlinə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:55
Bu xəbər 10 Noyabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















