Icma.az
close
up
RU
Qazaxıstanda ilk AES in tikintisinə rəsmən start verilib

Qazaxıstanda ilk AES in tikintisinə rəsmən start verilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 avqust, AZƏRTAC

Qazaxıstan tarixində ilk AES-də tikinti işlərinə rəsmi start Almatı vilayətinin Ulken kəndi yaxınlığında verilib.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin rəhbəri Almasadam Satkaliyev, Rusiyanın “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev və digər rəsmi şəxslər iştirak ediblər.

Almasadam Satkaliyev çıxışında qeyd edib ki, hazırkı mərasim mühəndis-axtarış işlərinin başlanmasının – Qazaxıstanda AES-in tikintisinə hazırlığın əsas mərhələsinin rəmzidir. Bu mərhələnin nəticələri yalnız konkret sahənin seçilməsi və stansiyanın konfiqurasiyasından deyil, həm də onun təhlükəsizliyi, etibarlılığı və iqtisadi səmərəliliyindən asılıdır.

Onun sözlərinə görə, AES-in tikintisi layihəsi geniş ictimaiyyətin dəstəyi ilə həyata keçirilir.

Qazaxıstan rəsmisi əlavə edib: “Layihəyə qoyulan investisiyaların ümumi həcmi təxminən 14-15 milyard dollar təşkil edəcək. Sosial obyektlərin və müasir infrastrukturun tikintisinə əlavə 1 milyard dollar ayrılacaq”.

O, layihədə Qazaxıstan müəssisələrinin və elmi-tədqiqat təşkilatlarının fəal iştirakına xüsusi diqqət yetirildiyini vurğulayıb. Bu, yerli istehsalın yüksək səviyyəyə qalxmasına, minlərlə yeni iş yerinin yaradılmasına, nüvə elminin beynəlxalq standartlara uyğun inkişafına imkan verəcək.

A.Satkaliyev onu da qeyd edib ki, AES nüvə sənayesinin inkişafı, sənaye-innovativ tərəqqi və ölkənin uzunmüddətli iqtisadi yüksəlişi üçün aparıcı qüvvəyə çevriləcək strateji layihədir.

Mərasim çərçivəsində qruntun yığılması üçün qazma işlərinə də başlanılıb. Nümunələr olan kapsul araşdırma üçün Rusiya tərəfinə təhvil veriləcək.

Artıq tikinti meydançasında xüsusi avadanlıq var və burada Novovoronej AES-in maketi quraşdırılıb. Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin məlumatına görə, gələcək Qazaxıstan stansiyası bu AES-ə bənzər tikiləcək. Maketdə dünyada ilk 3+ nəsil olan №6 enerji bloku göstərilir.

Qazaxıstanda ilk AES-in tikintisinin başa çatdırılması 2035-2036-cı illər üçün planlaşdırılır.

“Rosatom” bundan əvvəl Qazaxıstanda ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri