Qazaxıstanda 2027 ci ildə “Balxaş” AES in tikintisinə başlamaq təklif olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astana, 28 oktyabr, AZƏRTAC
Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq, həmçinin “Moyınkum” AES-in tikintisini sürətləndirmək üçün hərtərəfli əməkdaşlıq müqaviləsi imzalamaq təklif edilib.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu təklif dövlət başçısı Kasım-Jomart Tokayev tərəfindən “Qazaxıstanın yeni tarixi dövrdəki təxirəsalınmaz vəzifələri” adlı xalqa müraciətində irəli sürülüb.
Prezident nüvə enerjisinin fundamental əhəmiyyətini vurğulayıb və ümumxalq referendumunun nəticəsi olaraq eyni vaxtda bir neçə atom elektrik stansiyasının tikilməsi qərarının qəbul edildiyini qeyd edib.
Prezident əlavə edib ki, Qazaxıstanın növbəti 100 il ərzində atom elektrik stansiyalarının ehtiyaclarını ödəyəcək dövlət strateji uran ehtiyatının yaradılması təklifini ciddi şəkildə nəzərdən keçirməsi diqqət mərkəzində olmalıdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















