Icma.az
close
up
RU
Qazaxıstanda növbəti AIF2025 Forumu keçiriləcək

Qazaxıstanda növbəti AIF2025 Forumu keçiriləcək

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Mayın 29-dan 30-dək Qazaxıstanın paytaxtında qlobal liderlər, ekspertlər, investorlar və biznes nümayəndələrinin iştirakı ilə regionun ən böyük biznes tədbiri olan Astana Beynəlxalq Forumu (AIF2025) keçiriləcək.

525.az bu barədə Forumun rəsmi saytına istinadən xəbər verir. Forum yüksək səviyyəli plenar sessiya və 25 müzakirə platforması ilə günümüzün ən aktual qlobal çağırışlarını müzakirə edəcək.

Tədbirdə tanınmış siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, korporativ liderlər, investorlar və alimlər də daxil olmaqla 600-ə yaxın beynəlxalq qonağın iştirakı gözlənilir.

AIF2025də Ruanda Prezidenti Paul Kaqame, Albaniyanın Baş naziri Edi Rama, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani, BMT-nin sabiq Baş katibi Pan Gi Mun, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev və digər şəxslər iştirak edəcəklər.

AIF2025 qlobal gündəmdə üç əsas mövzuya diqqət yetirəcək. Bunlar xarici siyasət və beynəlxalq təhlükəsizlik, enerji və iqlim dəyişikliyi, iqtisadiyyat və maliyyədir.

Tədbir sərmayələr üçün gərgin qlobal rəqabət şəraitində keçirilir və Qazaxıstanın dünyaya açıqlığının sübut edir.

Ölkə aparıcı qlobal korporasiyaların və maliyyə institutlarının diqqətini cəlb edərək Mərkəzi Asiyada mövqeyini möhkəmləndirməkdə davam edir. Hərtərəfli islahatlar, qanunvericiliyin modernləşdirilməsi və davamlı olaraq yaxşılaşdırılan investisiya mühiti yeni iqtisadi imkanlar açır və milli inkişafı sürətləndirir. Forum açıq dialoq, xarici investisiyaların cəlb edilməsi, strateji sazişlərin imzalanması və dayanıqlı iqtisadi artıma yönəlmiş təşəbbüslərin irəli sürülməsi üçün əsas platforma olmaq məqsədi daşıyır.

Forum ərəfəsində Qazaxıstanın əsas tərəfdaşları ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün bir neçə biznes forum keçiriləcək. Bu tədbirlər beynəlxalq əməkdaşlıq, texnologiya transferi və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri