Icma.az
close
up
RU
Qazaxıstandan “AZAL” təyyarəsilə bağlı AÇIQLAMA: “Gizlədəcək heç nəyimiz yoxdur”

Qazaxıstandan “AZAL” təyyarəsilə bağlı AÇIQLAMA: “Gizlədəcək heç nəyimiz yoxdur”

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstan Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı obyektiv və şəffaf araşdırmanın tərəfdarıdır.
Bizim.Media xəbər verir ki, bunu “RİA Novosti”yə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
“Gizlədəcək heç nəyimiz yoxdur, biz obyektiv və şəffaf istintaqın tərəfdarıyıq”, - deyə, o bildirib.
D. Abayev qeyd edib ki, araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Braziliya araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndələr təyin ediblər.
“Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc olunmuş hesabatı ilkin xarakter daşıyır. Nazirliyin məlumatına görə, yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər. Yeri gəlmişkən, ICAO ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirib, məlumatın təfərrüatlı və dolğunluğunu qeyd edib”.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl AZAL təyyarəsi ilə insidentin ölkənin hava məkanında baş verdiyinə görə üzr istəyib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində hadisə ilə bağlı irəli sürülən üç şərt açıqlayıb: Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, həmçinin bütün təqsirkarları məsuliyyətə cəlb etməli, Azərbaycana, yaralanan və həlak olan sərnişinlərə və təyyarənin ekipaj üzvlərinə təzminat ödəməlidir. (Report)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri