BDU ilə Qazaxıstanın Almatı Humanitar İqtisadiyyat Universiteti ilə anlaşma memorandumu imzalanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 aprel, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Almatı Humanitar-İqtisadiyyat Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda hər iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Bu sənəddə, həmçinin elmi jurnallarda birgə nəşrlərin, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.
Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Almatı Humanitar-İqtisadiyyat Universitetinin rektoru Valeriy Korvyakov imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















