Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Hörmət ordeni ilə təltif olunub
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından dövlət mükafatını Xarici İşlər Naziri Yermek Köşerbayev təqdim edib. Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı və sıx əməkdaşlığı qeyd edib.
Öz növbəsində Səfir Alim Bayel Azərbaycandakı Səfirliyin Qazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.
Xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da “Hörmət” ordeni ilə təltif olunub. O, AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Noyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















