Icma.az
close
up
RU
Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi Foto

Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi Foto

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı Amil Yusifov bu ölkənin ən nüfuzlu dövlət mükafatlarından biri – “Kurmet” (“Hörmət”) ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, mükafat iş adamına Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə təqdim olunub. Ordeni Amil Yusifova ölkənin xarici işlər naziri Yermek Koşerbayev şəxsən təqdim edib.

Təqdimat mərasimində çıxış edən nazir Yermek Koşerbayev Amil Yusifovun Qazaxıstanın ictimai və iqtisadi həyatındakı fəal iştirakını, uzunmüddətli səmərəli fəaliyyətini və dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib:

“Cənab Yusifovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanır. O, Qazaxıstan və Azərbaycan xalqları arasında dostluq və iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verib.”

Mükafat üçün Prezident Tokayevə təşəkkür edən Amil Yusifov bu təltifin onun üçün böyük məsuliyyət və yeni fəaliyyət stimulu yaratdığını bildirib:

“Dost və qardaş Qazaxıstanın dövlət başçısı cənab Kasım-Jomart Tokayevə bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat gələcək layihələrimdə daha çox məsuliyyətlə çalışmağım üçün böyük motivasiyadır.

Eyni zamanda qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Cənab Prezident bu əlaqələrin dərinləşməsi üçün biz iş adamlarının qarşısında mühüm vəzifələr qoyur. Biz də bu etimadı doğrultmaq, iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmaq üçün əzmlə çalışacağıq”.

Qeyd edək ki, “Kurmet” (“Hörmət”) ordeni Qazaxıstan Respublikasının dövlət mükafatlarından biridir. Orden ölkə Prezidentinin sərəncamı ilə verilir və Qazaxıstan cəmiyyətində ən yüksək etimad göstəricilərindən hesab olunur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see341

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see330

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see174

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see173

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see153

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri