Qazaxıstanın IMF ə yeni töhfəsi Azərbaycana da təsir edəcək
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstan Beynəlxalq Valyuta Fondunun (IMF) Almatıda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (CCAMTAC) ilə tərəfdaşlığın uzadılması üçün əlavə olaraq 25 milyon ABŞ dolları ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə IMF-in sərəncamçı direktoru Kristalina Georgiyeva bildirib.
Müvafiq sazişi o, Qazaxıstan Milli Bankının sədri Timur Süleymenov ilə imzalayıb.
K.Georgievanın sözlərinə görə, əlavə maliyyələşdirmə Qazaxıstanın regional ölkələrin institusional potensialının gücləndirilməsinə və iqtisadi dayanıqlığının artırılmasına sadiqliyini əks etdirir.
CCAMTAC Regional Mərkəzi 9 dövlətə, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistana praktiki və ekspert dəstəyi göstərir.
Mərkəzin fəaliyyəti dövlət orqanlarının peşəkar səriştələrinin inkişafına və regional ölkələrdə iqtisadi idarəetmənin gücləndirilməsinə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Oktyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















