Qazaxıstanın Prezidenti soydaşımızı medal ilə təltif edib FOTO
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın Almatı şəhərində yaşayan Qəhrəman Sadiyev ölkə Prezidenti Kasım-Jomart Tokayev tərəfindən nüfuzlu dövlət mükafatı olan “Şapaqat” medalı ilə təltif edilib. Bu mükafat soydaşımıza Qazaxıstanın ictimai-siyasi həyatında fəal iştirakına görə verilib.
"Unikal" xəbər verir ki, hüquq elmləri doktoru olan Qəhrəman Sadiyev gənc yaşlarından Qazaxıstanda yaşayır. Uzun müddət ölkənin Ədliyyə Nazirliyi orqanlarında, prokuror, məhkəmə sədri və hakim kimi fəaliyyət göstərən soydaşımız, eyni zamanda Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədridir.
Dəfələrlə Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı olan Qəhrəman Sadiyev Azərbaycanın tanıdılması və təbliğində fəal iştirak edir, Qazaxıstanda Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı mühüm işlər görür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















