Qazaxıstanın Torayğırov Universitetinin nümayəndə heyəti BDU da olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 4 may, AZƏRTAC
Bakı Dövlət Universitetində Qazaxıstanın Torayğırov Universitetinin strateji inkişaf, beynəlxalq əməkdaşlıq və rəqəmsallaşma üzrə prorektoru Saltanat Aubakirova, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Aidana Algazinova ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov Bakı Dövlət Universitetinin yaranma tarixi, strukturu, tədris sistemi və elmi-tədqiqat fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, universitet son illərdə Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir, qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verir.
Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ikili diplom imkanlarının araşdırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq qrant proqramlarında ortaq iştirak perspektivlərini müzakirə ediblər. Rəqəmsallaşma, innovasiya və təhsil texnologiyaları sahəsində təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, birgə konfrans, seminar və akademik tədbirlərin təşkili istiqamətində razılıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 04 May 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















