Qazaxıstanın Türküstan şəhəri yaxınlığında Oğuzlara məxsus IX X əsrlərə aid Kültöbə kitabəsi aşkar edilib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın Türküstan şəhəri yaxınlığında Oğuz türklərinə məxsus IX-X əsrlərə aid Kültöbə kitabəsi aşkar edilib.
Oğuz türklərinin tarixi və türk yazısının inkişafı haqqında olan bu artefakt alimlərin anlayışlarını dəyişib.
Artefaktı qədim Oğuz yaşayış məntəqəsinin yerində, Örənqay kənd məktəbində yaradılan kiçik bir muzeydə təsadüfən Türkiyənin Çanaqqala Universitetinin müəllimi, dosent Dr. Hayrettin İhsan Erkoç aşkar edib.
Dr. Hayrettin İhsan Erkoç jurnalistlərə bildirib ki, kitabədə Oğuzların yazılı mədəniyyəti və siyasi tarixi haqqında mühüm məlumatlar var və bu ,13-cü əsrdən çox əvvəl də yazı mədəniyyətindən istifadə olunduğunu sübut edir.
Alimlər müəyyən ediblər ki, artefakt əvvəllər elmi dövriyyəyə daxil edilməyib və ya akademik tədqiqat mövzusu olmayıb.
Tarixi kontekstin və arxeoloji məlumatların təhlili kitabənin IX-X əsrlərə — bölgədə Oğuzların aktiv mövcudluğu dövrünə aid olduğunu göstərir.
Tədqiqatçılar, həmçinin, qeyd edirlər ki, bu artefakt Oğuz və Xəzər Xaqanlığı arasında az öyrənilmiş əlaqələrə işıq sala bilər.
Alimlər vurğulayırlar ki, əlavə tədqiqatlar və laboratoriya təhlilləri kitabənin məzmununu aydınlaşdırmağa kömək edəcək. Bununla belə, Kültöbə artefaktı türk sivilizasiyası tarixində son illərin ən əhəmiyyətli kəşflərindən biri hesab olunur.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 26 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















