Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşüb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb.
APA-nın məlumatına görə, bu barədə informasiya Qazaxıstan Hökumətinin saytında yerləşdirilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqun əhəmiyyətli inkişafı, habelə, istər hökumət strukturları, istərsə də qanunverici orqnalar və iş dünyası arasındakı münasibətlərdə və humanitar əlaqələrin səviyyəsində irəliləyiş olduğunu bəyan ediblər.
Söhbət əsnasında yüksək səviyyədə imzalanan razılaşmaların və qarşıdan gələn rəsmi tədbirlərin keçirilməsinə hazırlığın səviyyəsi də diqqət mərkəzində olub.
Tərəflər eyni zamanda iki ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında gerçəkləşməsi nəzərdə tutulan təşəbbüslərin uğurla icrası məqsədilə koordinativ fəaliyyətin və strateji tərəfdaşlığın önəmi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















