Icma.az
close
up
RU
Menu

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

Azərbaycan TDTnin inkişafı, əməkdaşlığın genilşənməsi üçün fəal səylər göstərir Rəy AZƏRTAC

Azərbaycan TDTnin inkişafı, əməkdaşlığın genilşənməsi üçün fəal səylər göstərir Rəy AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 25 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qlobal əhəmiyyətli bir çox qərarlar qəbul edildi və razılıqlar əldə olundu. Dünyanın 200-ə yaxın ölkəsindən 76 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın yüksək təşkilatçılığının, qlobal miqyasda oynadığı mühüm rolunun göstəricisidir. Tədbirdə iqlim dəyişmələrinin qarşısının alınması, bu sahədə təhlükələrin aradan qaldırılması yolları müzakirə olundu və gələcək planlar müəyyən edildi.

İqlim dəyişmələrinin qarşısının alınması yollarından ən əsası yaşıl enerjiyə keçid ola bilər ki, Azərbaycan bu istiqamətdə də qısa müddətdə uğurlu addımlar atıb. Ölkəmizdə külək, su və günəş enerjisi layihələri dünyanın qabaqcıl texnologiyalarına malik beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində icra edilir. Eyni zamanda, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Türk Dövlətlər Təşkilatı (TDT) nəzdində yaşıl enerjiyə keçidlə bağlı yol xəritəsi olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, son illər TDT-yə üzv ölkələr nəqliyyat, investisiya, enerji və sənaye kimi mühüm sahələrdə fəal əməkdaşlıq edir. Həmçinin ötən müddətdə TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Bu baxımdan 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş xüsusi əhəmiyyət daşıyır. Belə ki, sözügedən sənəd TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsinin asanlaşdırılmasına imkan yaradıb. Bununla da Təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib. Nəticədə isə sürətli yük daşımaları və yüklərin həcmi xeyli artıb.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Orta Dəhlizin praktiki əhəmiyyətinə müsbət təsir göstərməklə yanaşı, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda sözügedən marşrutla Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək həcminin daha da artırılması üçün zəmin yaradır.

Azərbaycan TDT-nin inkişafında, əməkdaşlığının artmasında fəal səy göstərir. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə bu Təşkilata üzv ölkələr arasında olan inamı, əməkdaşlığı və güvəni daha da artırdı. Ümumiyyətlə, TDT ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin başlıca prioritetdir. Dövlətimizin başçısı cari il fevralın 14-də yenidən ölkə prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında bildirdi bununla bağlı bildirdi: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Politoloq deyib ki, bu fikirlər Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, Türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olmasının, həmçinin Türk birliyinin və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləncəyinə əminliyin parlaq ifadəsi idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see238

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see175

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see167

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see149

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see139

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see135

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see135

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see134

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see130

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see130

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see128

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see127

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see127

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see125

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see125

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see125

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see124

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see121

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri