Icma.az
close
up
RU
Qazaxların xəritəşünası və siyasi tarixçisi Mühit Ərdəgər Sadiqnəzər... V YAZI

Qazaxların xəritəşünası və siyasi tarixçisi Mühit Ərdəgər Sadiqnəzər... V YAZI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türküstan diyarının Aydınları və Azadlıq mücahidləri” silsiləsindən...
Hun-Quz-Qıpçaq-Biçənək-Sak..tayfa-qəbilə İttifaqının əski Türkdilli soyqollarının/soydaşlarının  məskunlaşdığı müqəddəs Türkay/Turqay düzənliyi və vadisi, Bəysak çölləri, Aral dənizi və Balxaş gölü hövzələri....qədim Qazax-Qıpçaq qövmlü etnomilli birlikləri üçün intəhasız/üfüqlərə sığmayan tarixi-coğrafi məkan baxımından 3-5 min illik təkamül mərhələsini yaşamışdır. Yovşanlı-yulğunlu, “Sak aullarının bitkisi” ilə örtülü Qazax çöllərinin milli gələnəkliyi, tarixi ruhu, coğrafi genişliyi, Göy Tanrı ucalığı...nəinki əski Türkdilli salnamələrdə, eləcə də bu xalqın siyasi-dövlət quruculuğunü yaşadan tarxi faktlar hələ də Qərbi Avropa ölkələri tarixşünaslığının diqqət mərkəzindədir, arxivşünaslığında qorunub saxlanılmaqdadır.

Xronoloji tarixi ardıcıllıqla ÜmumTürk dünyası coğrafiyasını əhatə edən bu mənbələr bir çox sahələrə aid zəngin bilgiləri üzə çıxarmaqla yanaşı, yadellilər tərəfindən qəsdən təkzib edilən tarixi kerçəkliyə də bir daha işıq saçır.

O da məlum olmuşdur ki, Türk-Müsəlman dünyası və İslam sivilizasiyası tarixində ilk dəfə olaraq Qazax xanlığının (Haqnəzər xanın (1509-1580) hakimiyyəti (1538-1580) illərində) xanım diplomat və dövlət nümayəndəsi kimi XVI əsrdə (1561-1576) Türk xatunu Aru Sultan (1535-1576) İngiltərə kraliçası I Yelizavetanın (1533-1603) sarayında fəaliyyət göstərib (o, ilk dəfə olaraq dəri ayyaqabı geyimini dəb halına salıb). Qazax xaqanlığının istər siyasi-dövlət quruculuğu, istərsə də, elmi-nəzəri təkamül səviyyəsinin irs göstəriciləri sırasında dini və dünyəvi tədqiqat  əsərlərinə dair bu kimi arxiv materiallarını üzə çıxaran görkəmli Qazax alimi, filologiya elmləri namizədi, siyasi elmlər doktoru, professor,  Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərindəki L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Müasir Tədqiqatlar institutunun direktoru  Mühit Ərdəgər Sadiqnəzər Aru Sultan həyatı və siyasi-səfir fəaliyyətini tədqiq etməklə yanaşı, həm də Qərbi Avropa ölkələrində və ABŞ-da (olan qiymətli faktları kartoqraf olaraq tarixi-coğrafi bilgilər müstəvisində ümumiləşdirərək münüatür təsvir və xəritə materialları əsasında “Tarixi axında dayanıqlı Qazax dövlətçiliyi XVI-XIX əsrlər Avropa və Amerika xəritələrində. Atlas” toplu/monoqrafiyasını Brüssel şəhərində 2021-ci ilin dekabr ayında, Qazax, ingilis və rus dillərində əski latın dilindən çevirməklə (532 səhifə) nəşr etdirmişdir.

Qərbi Avropa ölkələri (İngiltərə, Niderland, Belçika Krallığı, Almaniya, İsveçrə, Avstriya...) və ABŞ-ın (Konqres kitabxanası, Prinston və Stenford, San-Fransisko, Çikaqo..ali təhsil ocaqlarının bazası), iri şəhərlərin (Paris, Roma, Bern, Lüksenburq, Lissabon, Praqa, Edinburq, Dublin, Krakov...) nüfuzlu qədim kitabxanalarında və muzeylərində saxlanılan yüzlərlə-minlərlə kartoqrafik təsvir materiallarını (45000 xəritə, 300 atlas) 17 il ərzində tədqiq edən və nəşrini başa çatdıran M.Ə Sadiqnəzər Qazax dövlətçiliyi (1544-cü ilə aid) haqqında  London şəhərində ingilis səfiri və səyyahətçisi Entoni Cenkinsonun (1529-1611) 1562-ci ildə çap etdirdiyi “Cassackia” xəritəsini ilkin sənəd kimi qəbul edərək onun əsasında işləmişdir (bu səfir türküstan diyarını ayrı-ayrı illərdə 4 dəfə səyahət etmiş və qiymətli məlumatlar toplamışdır).

Ümumiyyətlə, tədqiqat əsərləri ayrılıqda Qazax xaqanlığını/Qızıl Orda dövlətçiliyni, eləcə də, Mərkəzi Asiya ölkələri-Türküstan diyarını tarixi-coğrafi və siyasi-dövlət quruculuğu  baxımdan öyrənən ingilis səfiri-xəritəşünas E.Cenkinsonun xəritə materialları elmi-nəzəri təhlil edilməklə şifrələri açılmış, səyahət qeydləri əsasında dəqiqləşmələr aparılmaqla zəngin dünyəvi-nəzəri ırş toplusu kimi ərsəyə gətirilmişdir. Və məlum olmuşdur ki, Qərbi Avropa dövlətlərinə Qazaxıstanın, ümumilikdə, Türkiüstan diyarınının tanıdılmasında, Türk-Müsəlman xalqlarının tarixi, mədəniyyəti, zəngin etnomilli irsi, dövlətçilik quruluşu, dini-dünyəvi dəyərləri....barədə düzgün və qərəzsiz bilgilər E.Cenkinsonun çəkdiyi xəritələrlə, yazdığı səfər təəssüratları və ictimai-siyasi məzmunlu qeydləri vasitəsi ilə hələ XV əsrdən çatdırılmışdır. Hətta, 1544-cü ildə Qazax xaqanlığı ilə bağlı xəritələr İsveçrənin Bazel şəhərində, 1554-cü ildə isə Avstriyanın paytaxtı Vyana şəhərində işıq üzü görmüşdür.

Mərkəzi Asiya, Qazaxıstan, ümumilikdə, Türküstan diyarına aid və Avropa ölkələrində, ABŞ-da saxlanılan qədim dövr xəritələrinin məzmunu toponimika və onomastika, etnonim və siyasi toponimika, sosiologiya, statistika, dini və konfensiallıqla bağlı, linqivistika və ədəbiyyatşünaslıq, miqrasiya, demoqrafiya, meteorologiya və Qazax xalqının mədəniyyəti, Qazaxşünaslıq və Türkologiya, dövlətçilik və incəsənət tarixi, müstəmləkə işğalı...ilə bağlı bilgilərdən ibarət olduğundan mühüm fundamental akademik nəzəri əhəmiyyət kəsb etmişdir. Qazax xaqanlığı və dövlətçiliyi üçün əhəmiyyət kəsb edən tədqiqatçı-professor M.Ə.Sadiqnəzərin çoxillik tədqiqat məlumatları elmi, siyasi və ictimai nüfuz qazandığından Elmlər Akademiyası tərəfindən yenidən işlənilən 7 cildlik “Qazaxıstan tarixi” toplusuna daxil edilməsi, tədris mərkəzlərində isə öyrədilməsi nəzərdə tutlmuşdur. 

Mühüm elmi-nəzəri əhəmiyyət kəsb edən tarixi-coğrafi faktoloji arxiv məlumatlarında Türk Dünyası Birliyinin həm də, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Başqurdstan, Tatarstan, Kalmıkstan...dövlətlərinin XI-XIX əsrlər bilgiləri öz tədqiqini gözləməkdədir.

Haşiyə. Qazax alimi M.Ə.Sadiqnəzər mühüm tədqiqatlarının nəticəsi barədə 2024-cü ilin iyul ayında AZƏRTAC-ın müxbiri Elşən Rüstəmova Astana şəhərində verdiyi müsahibəsində qeyd etmişdir ki, Qərbi Avropa və ABŞ-da saxlanılan Orta əsrlərə aid xəritə materiallarında  XI-XIX əsrlər Azərbaycan dövlətçiliyi və tarixi-coğrafi irsi barədə zəngin qiymətli kartoqrafik məlumatlara, eləcə də, 1074-cü və 1154-cü illərə mənsub olan “Azərbaycan dövlətinin xəritəsi”nə rast gəlib. Bu xəritələrdə siyasi-inzibati toponimlər (Bakı, Şamaxı, Qəbələ, Lənkəran, Balakən... ), coğrafi ərazi məkanlarları (Şirvan, Qarabağ, Muğan...), hidronimlər (Bakı dənizi, Qızılağac körfəzi...)  göstərilib...

Türk dünyası birliyi alimlərinin, tədqiqatçılarının tarixi-coğrafiya, siyasi-dövlətçilik, maddi-mənəvi mədəniyyətşünaslıq, xəritəşünaslıq... istiqamətində qarşılıqlı elmi-tədqiqat araşdırmaları nəinki bu ölkələrin hüdudlarını, eləcə də, qabaqcıl dünyanın elmi-təhsil, kitabxan, arxiv, mənbəşünaslıq...mərkəzlərini də  əhatə etməlidir, bu hal indiki dövrdə, xüsusilə, XXI əsrdə yabançı təhdidlərin gücləndiyi bir tarixi-zamanda xüsusilə vacibdir, deyə, görkəmli tədqiqatçı bildrmişdir...

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050-372-60-08)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see127

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see122

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see116

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri