Icma.az
close
up
RU
Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir “İşləmək istəyirəm, çarəsiz qalmışam...”

Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir “İşləmək istəyirəm, çarəsiz qalmışam...”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“2024- cü ilin yanvar ayında kolleci bitirmişəm. 1 il 7 aydır ki, diplomu ala bilmirəm”.

Bu şikayətlə “Qafqazinfo”ya Vətən müharibəsi iştirakçısı, qazi Kamran Qarayev müraciət edib. 

24 yaşlı qazinin sözlərinə görə, diplom ala bilmədiyi üçün işsiz qalıb: “2019-cu ildə Qərbi Kaspi Universitetinin Kollecinə qəbul olmuşam. İxtisasım “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə” olub. 2022-ci ildə dəyişilərək “Ətraf mühitin qorunması və bərpası” adı verilib. 2020 - ci ilin yanvarında hərbi xidmətə getmişəm. 2020-ci ilin sentyabrından isə İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibədən gələndən sonra dərslərdə iştirak etmişəm, lakin indi diplomsuz qalmışam. Bu da mənim işləməyimə mane olur. Kollece də demișəm ki, müharibə veteranı olduğum üçün dövlət tərəfindən mənə 80 manat ayrılır, bu pul çatmır axı… Gəlir yerim yoxdur, işləmək istəyirəm, diplom verilmədiyi üçün çarəsiz qalmışam”. 

Kamran Qarayev deyir ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciətlər etsə də, nəticə əldə etməyib: “Diplom ala bilməməyimlə bağlı kollecimizin tələbə şöbəsinə müraciət etmişdim. Sonra məni yönləndirdilər Piri müəllimin yanına, daha sonra rektor köməkçisinin yanında olmuşam. Hətta bundan rektorumuzun da məlumatı var. Elm və Təhsil Nazirliyinə də müraciət etmişəm. Mənə deyildi ki, “rəhbərlik rəsmi məlumat göndərsin”. Buna baxmayaraq, Qərbi Kaspi Kollecinin müəllimləri deyir ki, “sən get nazirlikdən şikayət elə ki, bizə diplomla bağlı rəy göndərmirlər”. 

Şikayətlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən müraciətimizə belə cavab verildi: “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsində hazırda Kamran Qarayevin təhsilinin qanunvericiliyə uyğunluğu araşdırılır. Bu araşdırmanın səbəbi tələbənin Qərbi Kaspi Universitetinin Kollecindən xaric olduqdan sonra fərqli ixtisasa bərpa edilməsi və bunun üçün təhsil müəssisəsi tərəfindən Elm və Təhsil Nazirliyindən rəsmi razılığın əldə edilməməsidir (İstinad olunan qanunvericilik aktı: Azərbaycan Respublikası təhsil nazirinin 27.01.2017-ci tarixli 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” müvəqqəti qaydalar).

Eyni zamanda bildiririk ki, hərbi xidmətə getmə ilə bağlı tələbəyə verilmiş akademik məzuniyyət əmri təhsil müəssisəsi tərəfindən “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirilməyib. Sözügedən sistemin vətəndaşların təhsili barədə səhih məlumatların əldə edilməsi məqsədilə tərəfimizdən istifadə olunun etibarlı mənbələrdən biri olduğunu nəzərə alsaq, bu fakt araşdırma prosesinin ləngiməsinə səbəb olur”.

Qeyd edək ki, qazi Kamran Qarayev “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Lamiyə Məmmədova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri