Icma.az
close
up
RU
Qazi Fəxri Əliyev: Biz bu gün qalib xalqıq, bununla fəxr edirik

Qazi Fəxri Əliyev: Biz bu gün qalib xalqıq, bununla fəxr edirik

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağcabədi, 19 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olundu. Azərbaycan Ordusunun qəhrəman hərbçiləri döyüş meydanında düşmənlə mərdcəsinə mübarizə apararaq, xalqımıza Qələbə sevinci yaşatdılar. Rəşadətli Ordumuzun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsində çəkinmədən ölümün üstünə gedən oğullarımızdan biri də əslən Laçın rayonundan olan Fəxri Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi rayonunun Taxtakörpü ərazisində qəhrəman qazi görüşüb, Vətən müharibəsində keçdiyi döyüş yolu ilə bağlı təəssüratlarını öyrənib.

Fəxri Əliyev bildirib ki, 1995-ci ildə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində anadan olub. Ata-baba yurdunu görməsə də, hər zaman oraya qayıtmaq arzusu ilə yaşadığını deyən qazi qeyd edib: “Bizim hər zaman Laçına qayıtmağa ümidimiz var idi. Valideynlərim həmişə o torpaqlar haqqında xatirələrini danışırdılar. Torpaqlarımızın işğal altında olması bizim alnımızda bir ləkə idi. Bütün bunlar mənim hərbidə qalmağıma səbəb oldu. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildən müddətdən artıq hərbi xidmətə başladım. Şükür edirəm ki, müharibə mən xidmətdə olduğum dövrə təsadüf etdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda bizim taborun da qarşısına tapşırıq qoyuldu. Cəbrayıl-Füzuli istiqamətində əks-həmlə əməliyyatına başladıq. Qarşımıza qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirdik. Alnımızda olan ləkəni aradan qaldırdıq”.

Fəxri Əliyev Füzulidən Şuşayadək şərəfli döyüş yolu keçib. Qarabağımızın baş tacı olan Şuşanın azad olunmasında iştirak edib, elə həmin istiqamətdə də yaralanıb.

“Taborumuzun qarşısına qoyulmuş ən çətin tapşırıq Şuşa şəhərinin azad olunması uğrunda döyüşlər oldu. Biz Şuşa-Laçın yolunu nəzarətə aldıq. Digər taborlar Şuşa şəhərinin strateji yüksəkliklərini ələ keçirdi. Bütün yollar bizim nəzarətimiz altında idi. Biz Şuşa-Laçın yolunun üzərindəki yüksəkliyi tutduqdan sonra digər taborlar müxtəlif istiqamətlərdən Şuşa şəhərinə daxil oldular. Bizim tapşırığımız düşmənin Laçın istiqamətindən gələn canlı qüvvəsinin və texnikasının qarşısını almaq idi. Bu tapşırığın öhdəsindən layiqincə gəldik. Laçın istiqamətindən gələn düşmənin canlı qüvvəsinin və texnikasının qarşısını kəsdik və onları məhv etdik. İmkan vermədik ki, Şuşada olan şəxsi heyətimizə arxadan zərbə endirsinlər. Həmin yüksəklikdə şəhidlərimiz, yaralananlarımız oldu. Mən də həmin yüksəklikdə yaralandım. Bununla qürur duyuram. Şəhidlər versək də, yaralılarımız olsa da, biz istəyimizə nail olduq, tapşırığı layiqincə yerinə yetirdik”.

Fəxri Əliyev deyir ki, 44 günlük Vətən müharibəsində hər bir Azərbaycan hərbiçisi böyük ruh yüksəkliyi ilə döyüşürdü. Hər kəs torpaqlarımızın azad olunması, qələbə eşqi ilə döyüşlərə atılırdı. “Hərbiçi üçün döyüşdə əsas ruh yüksəkliyi onun arxasında duran xalqıdır. Biz xalqımıza, Ali Baş Komandana güvənib döyüşürdük. Biz düşmənin zirehli texnikasının atdığı mərminin üzərinə gedirdik. Hər kəsdə böyük ruh yüksəkliyi var idi. Bizə məktəblilərin məktubları gəlirdi. Biz o məktubları oxuyurduq. Mənə çatan iki məktubu hələ də saxlayıram. Məktubla “Biz sizə güvənirik” yazısı bizə ruh yüksəkliyi verirdi. Şükür Allaha ki, xalqımızın etimadını doğrultduq. Bu gün biz qalib xalqıq, bununla fəxr edirik, qürur duyuruq”, - deyə Fəxri Əliyev əlavə edib.

Qeyd edək ki, baş çavuş Fəxri Əliyev Prezidentin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri