Icma.az
close
up
RU
Qazi İbrahim Həsənov: Əl qumbarasını hazır saxlamışdım ki, düşmən yaxınlaşanda partladım

Qazi İbrahim Həsənov: Əl qumbarasını hazır saxlamışdım ki, düşmən yaxınlaşanda partladım

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

44 günlük Vətən müharibəsində biz haqq yolunda, öz torpaqlarımız uğrunda döyüşürdük. Bu, bizə güc və ruh yüksəkliyi verirdi. Ona görə 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdik. Qürur duyuram, xoşbəxtəm ki, qazanılan Zəfərdə mənim də zərrə qədər olsa da, əməyim var.

Bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 44 günlük Vətən müharibəsi qazisi İbrahim Həsənov deyib.

İbrahim Həsənov 1987-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Uşaq yaşında ikən kəndi işğal edilən, ailəsi ilə birlikdə çadırlarda ağır köçkünlük həyatı yaşayan İbrahimin ən böyük amalı torpaqlarımızın azad edilməsi və düşməndən qisas almaq olub. Odur ki, hərbi xidməti başa vurandan sonra 2009-cu ildən müddətdən artıq hərbi xidmətə başlayıb. Bir çox döyüş tapşırıqlarını yerinə yetirib. Dəfələrlə düşmən təxribatının qarşısının alınmasında, 2016-cı il Aprel döyüşləri zamanı Talış yüksəkliyinin azad olunmasında iştirak edib. 44 günlük Vətən müharibəsində isə Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərib. Füzuli rayonundakı Məngələnata yüksəkliyi uğrunda döyüşlərdə yaralanıb.

O, 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışaraq deyir: “İlk döyüşlərimiz Kəlbəcər istiqamətində oldu. Şiddətli döyüşlərdən sonra yüksəklikləri azad etdik. Azad etdiyimiz yerlərdə digər bölmələri yerləşdirib Cəbrayıl istiqamətinə yollandıq. Tapşırıq Cəbrayıl rayonu ərazisində düşmənin müdafiə xəttini yarmaq idi. Düşmən elə bilirdi ki, 30 il ərzində qurduqları istehkam qurğuları alınmazdır. Amma Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Düşmənin alınmaz hesab etdiyi müdafiə xəttini keçdik, düşməni məhv etdik və postları aldıq”.

Növbəti tapşırıq düşmənin ikinci eşalonunu yarmaq idi. İbrahim və döyüş yoldaşları ilə buna da nail olurlar. Qarşıda Cəbrayılın azad olunması tapşırığı var idi. Qəhrəman hərbçilərimiz düşmən arxasına keçərək, lazımi döyüş tapşırıqlarını yerinə yetirirlər. Strateji yüksəkliklər azad olunur və Cəbrayıl düşməndən təmizlənir. “Cəbrayıldan heç bir əsər-əlamət qalmamışdı, şəhər yerlə-yeksan idi. Qəbirləri də dağıtmışdılar. Bunları gördükdə kədərlənir, eyni zamanda, torpaqlarımızı azad etdiyimiz üçün sevinirdik, - deyə o bildirir.

İbrahim deyir ki, döyüşə yollanan Azərbaycan hərbiçilərində çox böyük ruh yüksəkliyi var idi: “Qazanılan Qələbəyə Ali Baş Komandanın, Ordunun və xalqın birliyinin sayəsində nail olundu. Orduya arxadan dəstək əsgərlər üçün böyük ruh yüksəkliyi idi. Döyüşlər gedən vaxt bizə bir günlük istirahət vermişdilər. Bizim üçün göndərilən bağlamanıın birini açdım. Bağlamadan çıxan məktubda “Biz sizə güvənirik” sözləri yazılmışdı. Oxuyub kövrəldim, dedim ki, biz qalib gəlməliyik. Bizə olan bu güvəni doğrultmalıyıq. Belə də oldu, xalqın güvənindən, dəstəyindən, birliyindən ruhlanıb irəli getdik”.

Cəbrayılda Azərbaycan bayrağı dalğalandıqdan sonra istiqamət Füzuli idi. 1993-cü ildə düşmən onun doğma kəndini işğal etmişdi və köçkün düşmüşdülər. Çadırlarda köçkünlük həyatının çətinliklərini yaşamışdı. 1993-cü ildə isə əmisi şəhid olmuşdu. O zaman qəhrəmanımızın 6 yaşı vardı. Bütün bu yaşananlar onda düşmənə nifrət hissi yaratmışdı. Ona görə də Füzulinin azad olunması uğrunda döyüşlərə qatılanda qisas hissi daha güclü idi. İbrahim və döyüş yoldaşları şiddətli döyüşlərdə Füzuli rayonu ərazisindəki Məngələnata yüksəkliyini azad edirlər. Oktyabrın 16-da isə yaralanır və Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də Füzulinin azad olunması xəbərini xalqımıza çatdırır.

İbrahim Həsənov ən çox təsirləndiyi döyüşlərdən birinin Məngələnata yüksəkliyində olduğunu bildirir. “Biz yüksəkliyi azad etdikdən sonra düşmən həmin yeri geri qaytarmağa çalışırdı. Çünki bizim Məngələnata yüksəkliyinin azad etməyimizlə düşmənin briqadası Füzulidə mühasirədə qalmışdı. Düşmən Məngələnata yüksəkliyini ələ keçirmək üçün hərəkətə keçdi və bütün gücü ilə atəşə başladı. Qərara gəldik ki, koordinatımızı bölmələrimizə verək, bizim də olduğumuz ərazini artilleriyadan atəşə tutsunlar. Hamımız şəhid olmağa razı idik, təki düşmən məhv edilsin və yüksəkliyi ələ keçirə bilməsin. Əl qumbarasını hazır saxlamışdım ki, düşmən yaxınlaşanda partladım. Lakin bizim “Harop”-lar düşmənin ağır texnikasını məhv etməyə başladı. Rabitədə eşiktdik ki, düşmən məhv olub. Bu, Vətən müharibəsində yaşadığımız ən təsirli hadisələrdən biri idi”, - deyən İbrahim Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdiyi üçün böyük qürur və şərəf duyduğunu söyləyir.

Prezidentin sərəncamları ilə gizir İbrahim Həsənov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri