Icma.az
close
up
RU
Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərs ulu öndər Heydər Əliyevə həsr edilib

Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərs ulu öndər Heydər Əliyevə həsr edilib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mədəniyyət Mərkəzi Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərsi ulu öndər Heydər Əliyevə həsr edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılan Azərbaycan dili tədris ocağında keçirilən növbəti açıq dərs Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin və Qazi Universitetinin nümayəndələri, Azərbaycan dili kursunun tələbələri, Mədəni Diplomatiya və Əməkdaşlıq Dərnəyinin üzvləri, Türkiyə Bilişim Dərnəyinin üzvləri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl Azərbaycan dili kursunun təlimçisi və Qazi Universitetinin doktorantı Şəhla İbişova ümummilli lider Heydər Əliyev və proqramın gedişi haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ulu öndər Heydər Əliyevin zəngin irsinin tanıdılması yönündə layihələrdən danışıb, onun Azərbaycanın tarixində oynadığı mühüm rol, Azərbaycanın müstəqilliyinin xilaskarı və azərbaycançılıq ideologiyasının müəllifi kimi tariximizdə əbədi, silinməz iz qoyduğunu bildirib. O, türk dünyası arasında həmrəylik, "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri və əməkdaşlığını strateji səviyyəyə qaldırdığını və əbədi etdiyini söyləyib. Samir Abbasov çıxışında Heydər Əliyevin mədəni diplomatiyaya verdiyi əhəmiyyət, onun daim mədəniyyətə yüksək qayğısı haqqında fikirlərini bölüşüb.

Daha sonra Türkiyənin Qazi Universitetinin müəllimi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfinin başqanı doktor Sinan Demirtürk Heydər Əliyevin xarici siyasəti haqqında geniş təqdimatla məruzə edib. S.Demirtürk Heydər Əliyevin Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə formalaşdırdığı strateji xarici siyasət konsepsiyasını ətraflı şəkildə izah edib. O, xüsusilə 1990-cı illərdə Əliyevin Azərbaycanın beynəlxalq arenada tanıdılması üçün həyata keçirdiyi diplomatik təşəbbüslərə və dünya liderləri ilə qurduğu möhkəm əlaqələrə diqqət çəkib. S.Demirtürk Heydər Əliyevin Türkiyə ilə münasibətlərinə xüsusi diqqət ayıraraq, onun iki ölkə arasındakı qardaşlıq bağlarını necə gücləndirdiyini və bu əlaqələrin regional sabitlik baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Açıq dərsdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "İz" adlı sənədli film nümayişi olub. Film ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında unikal məlumatları özündə əks etdirir.

Filmin nümayişindən sonra Azərbaycan dili kursunun tələbələri Azərbaycanın, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin təhsil və mədəniyyət sahəsindəki töhfələri ilə bağlı fikirlərini bölüşüblər.

Kursun tələbələrindən Ayşə Şimşək "Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına töhfələri" mövzusunda çıxış edib, Dilara Dilşah Kaya isə "Heydər Əliyev dövründə media və dövlət-media münasibətlərinin inkişafı" barədə məruzəsini təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri