Icma.az
close
up
RU
Qaziantep şəhəri “Avropa Mükafatı 2025”in qalibi elan olunub

Qaziantep şəhəri “Avropa Mükafatı 2025”in qalibi elan olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaziantep, 11 oktyabr, AZƏRTAC

Türkiyənin Qaziantep şəhəri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təsis etdiyi “Avropa Mükafatı 2025”in qalibi elan olunub.

AZƏRTAC xəbər verir ki, mükafatın təqdim edilməsinə həsr olunmuş mətbuat konfransında Türkiyə hökumətinin nümayəndələri, millət vəkilləri, Qaziantep bələdiyyəsinin sədri Fatma Şahin, AŞPA nümayəndələri iştirak ediblər.

F.Şahin “Avropa Mükafatı-2025”i “Avropa Şurasının ciddi tələblərinə uyğun olması istiqamətində şəhər sakinləri və rəhbərliyinin birgə səylərinin layiqli nəticəsi” adlandırıb.

O xatırladıb ki, “Avropa Mükafatı” 1955-ci ildə təsis edilib, bu il isə mübarizə Qaziantep, Almaniyanın Auqsburq və Münster, Litvanın Birştonas, Polşanın Plonsk və Ukraynanın Vinnitsa şəhərləri arasında keçib. Vinnitsa və Qaziantep finala yüksəlib.

“AŞPA-da açıq səs çoxluğu ilə Qaziantepin yerli idarəetmə modelinin lehinə aydın seçim edildi”, - deyən bələdiyyərəhbəri Türkiyə şəhərinin seçilməsində mühüm amilin ətraf mühitin mühafizəsi tədbirləri, o cümlədən tullantılardan elektrik enerjisinin aktiv istehsalı olduğunu qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay da AŞPA-nın qərarının məqsədəuyğunluğunu bildirib. O, Qaziantepi “mədəniyyətlər mozaikası” və “sülh platforması” adlandırıb.

Hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının sədr müavini Əbdülhəmit Gül son 13 ildə yüz minlərlə suriyalı qaçqının Qaziantepdə yaşaması faktına diqqət çəkib. “Bütün çətinliklərə baxmayaraq, biz humanizm prinsiplərindən geri çəkilməmişik, qapılarımızı suriyalı qardaşlarımızın üzünə açıq saxlayırıq və qaçqınlara yardım etməyə davam edirik”, - deyə o, qeyd edib.

Ə.Gül Qaziantepin “NATO-nun cənub cinahının cəbhə xəttində” yerləşməsi faktına də işarə edərək, iki milyondan çox əhalisi olan vilayətin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində Qaziantepdə Avropa Şurasının dəstəyi ilə həyata keçirilən uğurlu layihə və proqramlara həsr olunmuş fotosərgi də təşkil edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Qaziantep

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri