Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

“Mygov” vahid rəqəmsal ekosistemin əsas platformalarından birinə çevriləcək ŞƏRH

“Mygov” vahid rəqəmsal ekosistemin əsas platformalarından birinə çevriləcək ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

“Azərbaycanda 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı” çərçivəsində vahid rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində işlər həyata keçirilir. Bu prosesin əsas məqsədlərindən biri dövlət qurumları arasında məlumat mübadiləsini avtomatlaşdırmaq, vətəndaşlardan eyni məlumat və sənədlərin təkrar tələb olunmasının qarşısını almaqdır.

Bunu AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Mütəxəssisin sözlərinə görə, rəqəmsal transformasiyanın əsas prinsiplərindən biri beynəlxalq təcrübədə “Once Only” – “yalnız bir dəfə təqdim et” adlandırılan yanaşmadır: “Bu prinsipə əsasən, vətəndaş hər hansı məlumatı və ya sənədi bir dəfə dövlət sisteminə təqdim etdikdən sonra digər qurumlar həmin məlumatı müvafiq informasiya bazalarından əldə edə biləcəklər. Artıq vətəndaşın bir dövlət qurumundan aldığı arayışı başqa bir quruma təqdim etmək üçün özü ilə aparmasına ehtiyac qalmayacaq. Dövlət qurumları arasında məlumat mübadiləsi elektron qaydada və avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək. Beləliklə, vətəndaşların vaxtına qənaət olunacaq, inzibati prosedurlar sadələşəcək”.

F.Kazımov bildirib ki, vahid rəqəmsal ekosistemin digər mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir: “Bu yanaşma çərçivəsində vətəndaşın həyatında baş verən mühüm hadisələrlə əlaqədar zəruri sənədlər əvvəlcədən elektron formada hazırlanacaq və şəxsi kabinetdə əlçatan olacaq. Məsələn, vətəndaşın pensiya yaşına çatması, təhsilini başa vurması və ya digər mühüm həyat hadisələri ilə bağlı sənədlərin hazırlanması üçün ayrıca müraciət etməsinə ehtiyac qalmayacaq. Müvafiq məlumatlar sistemdə formalaşdırılacaq və istifadəçi onları şəxsi kabineti vasitəsilə əldə edə biləcək”.

Ekspert qeyd edib ki, bu yanaşma “mygov” platformasının imkanlarının genişləndirilməsi, dövlət xidmətlərinin vahid məkanda birləşdirilməsi və müxtəlif informasiya sistemlərinin inteqrasiyası baxımından da əhəmiyyətlidir: “Rəqəmsallaşma yalnız dövlət xidmətləri ilə məhdudlaşmayacaq, biznes sektorunda da kağızsız sənəd dövriyyəsinə keçidi sürətləndirəcək. Müqavilələrin, aktların, qaimələrin və digər sənədlərin elektronlaşdırılması, elektron imza həllərinin daha geniş tətbiqi sahibkarların dövlət qurumları ilə münasibətlərini asanlaşdıracaq”.

O əlavə edib ki, biznes subyektlərinin də dövlət informasiya sistemlərinə qoşulması nəzərdə tutulur: “Bununla belə, məlumatlara çıxış hər bir qurumun və şirkətin fəaliyyət istiqamətinə və səlahiyyətlərinə uyğun olaraq məhdudlaşdırılacaq. Bu, bütün məlumatların hər kəs üçün açıq olması demək deyil. Hər bir qurum yalnız öz fəaliyyətinə aid olan məlumatlara çıxış əldə edəcək. Məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, eləcə də çıxış səlahiyyətlərinin düzgün müəyyənləşdirilməsi bu prosesin vacib şərtlərindəndir”.

F.Kazımov hesab edir ki, vahid rəqəmsal ekosistemin formalaşdırılması süni intellekt texnologiyalarının inkişafı üçün də geniş imkanlar yaradacaq: “Belə ki, müxtəlif sahələr üzrə dövlət məlumatlarının sistemləşdirilməsi və inteqrasiyası süni intellekt modellərinin öyrədilməsi, analitik sistemlərin və intellektual agentlərin hazırlanması üçün əhəmiyyətli məlumat bazasının formalaşmasına şərait yaradacaq. Bununla yanaşı, milli süni intellekt modelləri texnoloji müstəqilliyin gücləndirilməsinə töhfə verə bilər”.

Süni intellektin inkişafına toxunan ekspert Azərbaycanın öz milli dil modellərini və texnoloji həllərini yaratmasının xarici platformalardan asılılığın azaldılması, rəqəmsal məhsulların inkişafı və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dilinin xüsusiyyətlərini nəzərə alan böyük dil modellərinin (LLM) hazırlanması dövlət idarəçiliyi, təhsil, səhiyyə və digər sahələrdə süni intellekt tətbiqlərindən daha səmərəli istifadəyə imkan verəcək: “Öz dil modellərimizin yaradılması və inkişaf etdirilməsi xarici texnoloji həllərdən asılılığımızı azaltmağa kömək edəcək. Eyni zamanda, Azərbaycan dilinin rəqəmsal mühitdə daha geniş istifadəsi və təkmilləşdirilməsi üçün yeni imkanlar açacaq”.

O, süni intellekt infrastrukturunun inkişafında enerji təminatının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Süni intellekt serverlərinin və məlumat mərkəzlərinin artan enerji tələbatı bu sahədə dayanıqlı enerji həllərinin tətbiqini zəruri edir”.

F.Kazımov rəqəmsal biznesin inkişafında süni intellektin roluna da diqqət çəkib: “Həm daxili bazar, həm də ixrac üçün nəzərdə tutulan rəqəmsal məhsulların rəqabət qabiliyyətinin artırılmasında süni intellekt əsas texnoloji komponentlərdən birinə çevrilir. Azərbaycanda yüksək texnologiyalar sahəsində klasterlərin yaradılması məsələsi də müzakirə olunur. Belə klasterlərdə fəaliyyət göstərəcək şirkətlərin innovativ və ixracyönümlü məhsullar hazırlamasında süni intellekt həllərinin tətbiqi mühüm rol oynaya bilər”.

Ekspert startapların inkişaf perspektivlərinə də toxunaraq bildirib ki, süni intellekt agentləri gələcəkdə kiçik komandaların, hətta fərdi sahibkarların daha mürəkkəb texnoloji məhsullar hazırlamasına imkan verəcək: “Bu baxımdan, innovativ ideyaların dəstəklənməsi, istedadların müəyyənləşdirilməsi və startaplarla əməkdaşlığın genişləndirilməsi vacibdir.

Yerli startapların inkişafına dəstək göstərilməsi, onların həllərinin sınaqdan keçirilməsi və perspektivli layihələrlə əməkdaşlıq Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində potensialının gücləndirilməsinə xidmət edəcək”.

Müxbir – Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri