Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Qazsız mənzillər daha baha və təhlükəsiz olacaq?

Qazsız mənzillər daha baha və təhlükəsiz olacaq?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək onları bərpa olunan elektrik enerjisi (BOEM) ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır. 

Bu barədə yenilənmiş "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatında bildirilir. Hesabata əsasən, binalarda elektrikli hava-su istilik nasosları və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. 

Təbii qazla işləyən sistemlərdən təxminən üç dəfə daha səmərəli olan istilik nasosları həm istilik, həm də isti su təminatını həyata keçirəcək, bununla da təbii qazdan asılılığı azaldacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələri isə qaz plitələrini əvəz edərək enerji itkisini minimuma endirəcək. 

"Binaların enerji səmərəliliyinin artırılması 2035-ci ilə qədər dekarbonizasiya hədəfinə çatmaq üçün kritik əhəmiyyət kəsb edir. İlk olaraq, binaların yüksək səmərəli izolyasiya materialları - müasir istilik izolyasiyası və ikiqat şüşəli pəncərələrdən istifadə olunmaqla modernləşdirilməsi gözlənilir. 

Təkmilləşdirilmiş izolyasiya enerji səmərəliliyini artıracaq, qızdırma və soyutmaya olan enerji tələbatını azaldacaq. İkincisi, LED işıqlandırmaya keçid və yüksək səmərəli məişət texnikasının - soyuducu, paltaryuyan və qabyuyan maşınların - təşviqi enerji istehlakını daha da azaldacaq. 

Nəhayət, qlobal enerji standartlarına uyğun hazırlanmış yüksək səmərəli kondisioner sistemlərinin quraşdırılması daha az elektrik enerjisi sərf etməklə soyutma səmərəliliyini artıracaq", - hesabatda vurğulanıb. 

Hesabatda qeyd edilir ki, 2035-ci ilə qədər dekarbonizasiya hədəflərinə çatmaq üçün tikinti sektorunda həm mövcud, həm də yeni binaların istilik nasosları, elektrik plitələri, müasir izolyasiya, LED işıqlandırma və enerjiyə qənaətcil cihazlarla təchiz olunması üçün böyük kapital yatırımları tələb olunacaq. 

İlkin xərclər yüksək olsa da, elektrikli istilik nasosları qaz qazanları ilə müqayisədə təxminən üç dəfə yüksək enerji səmərəliliyinə malik olduqları üçün əməliyyat xərclərində uzunmüddətli qənaət təmin edəcəklər. 

"Təbii qaz hazırda binalar üçün əsas enerji mənbəyidir. 2022-ci ildə yaşayış sektoru təxminən 4 milyard kubmetr, kommersiya, institusional və sənaye sektoru isə 0,5 milyard kubmetr qaz istehlak edib. Bu həcm ümumilikdə təxminən 10 milyon ton CO₂ ekvivalenti tullantıya səbəb olub və binaları ölkədə tullantıların 14 %-i ilə ikinci ən böyük mənbəyə çevirib", - hesabatda qeyd edilib. 

Təbii qazdan imtina vətəndaşın xərcini artıra bilər. Dövlət bunu necə tənzimləyəcək? Həmçinin, bu enerjiyə keçilməsi hündürmərtəbəli binalarda mənzillərin qiymətini dəyişə bilər? 

“Əlavə xərclər tələb edir”

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumilikdə götürüldükdə, hazırda dövlətin müvafiq istiqamətdə qəbul etdiyi strategiya ilə bağlı məlumatlar tam aydın deyil. Onun sözlərinə görə, bu sahədə ciddi investisiya qoyuluşları tələb olunur:

“Qarşıda duran əsas çağırışlardan biri də məhz tələb olunan vəsaitlərin mənbəyinin müəyyən edilməsidir. 

Aydındır ki, bu prosesdə səmərəlilik parametrləri yüksəkdir. Təklif olunan yeni texnologiyaların istifadəsi bu istiqamətdə müəyyən qənaət formalaşdıra bilər. Bu qənaət isə öz növbəsində ölkənin enerji, xüsusilə də təbii qaz ixrac potensialını gücləndirərək müxtəlif istiqamətlərdə kapitalaşma üçün mənbə formalaşdıra bilər”. 

İqtisadçı qeyd edib ki, digər tərəfdən bu kimi strategiyalar yalnız maliyyə aspektindən qiymətləndirilmir:

“Burada əhalinin sağlamlığı və ətraf mühitin qorunması kimi makro hədəflər də xüsusi əhəmiyyət kəsb edir. Bu isə təbii olaraq əlavə xərclər tələb edir. Hökumətin uzunmüddətli inkişaf strategiyalarında məhz bu məqsədlərə uyğun maliyyələşdirmə mexanizmlərinin nəzərdə tutulması vacibdir. Yəni əsas hədəf yalnız maliyyə səmərəliliyi deyil, ekoloji tarazlığın qorunması, enerji resurslarından səmərəli istifadə və əhalinin sağlam mühitdə yaşamasının təmin edilməsidir. 

Məsələn, əgər Bakı şəhərində atmosferi çirkləndirən amillər azaldılarsa, bu, dolayısı ilə əhali arasında xəstəliklərin sayının aşağı düşməsinə səbəb olacaq. Nəticədə dövlətin səhiyyə xərclərinin optimallaşdırılması üçün əlverişli şərait formalaşacaq. Bu da qənaətin bir növü kimi qiymətləndirilə və prosesin maliyyələşdirilməsi üçün əlavə mənbə rolunu oynaya bilər”. 

“Hökumət həmin xərclərin müəyyən hissəsini...”

Rəşad Həsənov bildirib ki, hökumət bu xərclərin bir qismini gələcək mərhələlərdə istehlakçıların üzərinə ötürməyi nəzərdən keçirə bilər: 

“Enerji növlərindən istifadə və yeni infrastrukturun qurulmasının ailə təsərrüfatlarına əlavə xərc formalaşdırması məsələsinə gəlincə, ola bilər ki, hökumət bu xərclərin bir qismini növbəti mərhələdə istehlakçıların üzərinə ötürməyi nəzərdə tutsun. 

Lakin bu addım əhalinin gəlirləri və kommunal xərclərin ailə büdcəsindəki payı nəzərə alınmaqla həyata keçirilməlidir. İnkişaf strategiyası məhz bu parametrlər əsasında qurulmalıdır”.

R. Həsənovun fikrincə, hazırlanan inkişaf strategiyaları elə müəyyən edilməlidir ki, proses nəticəsində ailə təsərrüfatlarının üzərində böyük maliyyə yükü yaranmasın və əhalinin alıcılıq qabiliyyəti zəifləməsin: 

“Həyata keçirilən inkişaf strategiyası bu və ya digər şəkildə ailə təsərrüfatları üzərində böyük maliyyə yükü yaratmaqla əhalinin alıcılıq gücünün pisləşməsi və yaxud da rifah göstəricilərinin aşağı düşməsinə gətirib çıxarmamalıdır. Bu aspekt hökumətin növbəti dövrdə formalaşdıracağı strategiyanın əsas istiqaməti kimi nəzərdən keçirilməlidir. 

Ehtiyac yarandığı təqdirdə qeyd olunan səmərəlilik parametrlərindən əldə edilən əlavə mənbələr hesabına bu xərclərin bir hissəsinin kompensasiya və ya subsidiya olunması məqsədəuyğundur. Çünki proses həm milli maraqlar, həm də qlobal ekoloji hədəflər baxımından prioritet məsələdir. Bu səbəbdən hökumət həmin xərclərin müəyyən hissəsini təbii xərc kimi qəbul etməli və onların ictimai vəsait hesabına kompensasiya edilməsini təmin etməlidir”. 

Daha binalarda partlayış olmayacaq?

Əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, artıq Azərbaycanda çoxmənzilli yaşayış binalarında enerji səmərəliliyinin artırılması ilə bağlı yeni qaydalar tətbiq olunur:

“Yaxın illərdə tikinti şirkətləri inşa edəcəkləri bütün çoxmənzilli binaları məhz bu qaydalara uyğun, yəni enerji səmərəliliyinin qorunması üçün tələb olunan qaydalarda inşa edəcək. 

Bu, həmin binalarda isitmə və soyutma zamanı istiliyin və soyuğun daha uzun müddət qalması üçün hesablanıb. Başqa bir tərəfdən, inkişaf etmiş bir çox ölkələrdə artıq yaşayış binalarında təbii qazdan istifadə olunmur. Bir çox yeni çoxmənzilli binalar özünəməxsus günəş panelləri ilə təchiz edilir və sakinlər enerji tələbatının bir hissəsini bu panellər vasitəsilə qarşılayır”. 

Elnur Fərzəliyev qeyd edib ki, çoxmənzilli binalarda qazın ləğvi həm təhlükəsizliyi artıracaq, həm də yeni istilik sistemlərini zəruri edəcək: 

“Başqa bir tərəfdən, hazırda istər çoxmənzilli binalarda, istərsə də fərdi yaşayış evlərində qaz əsasən yalnız qızdırıcı və istilik məqsədilə istifadə olunur. Bu sistemlər ləğv edildikdə həmin funksiyalar elektrik enerjisi ilə əvəz olunacaq. Burada əsas məsələlərdən biri yeni çoxmənzilli binaların istilik sistemlərinin, yəni mərkəzləşdirilmiş qazanxanaların qurulmasıdır.

Bu sistemlər binaların qış aylarında isti su ilə təminini mümkün etməlidir. Bundan əlavə, mətbəxdə istifadə olunan qaz plitələri də elektrik plitələri ilə əvəz olunacaq. Hazırda qaz və elektrik tariflərinə nəzər saldıqda, demək olar ki, qiymətlər bir-birinə yaxın səviyyədədir. 

Çoxmənzilli yaşayış binalarında qazdan imtina olunması həmin binalarda gələcəkdə baş verə biləcək təhlükənin qarşısının alınması üçün hesablanıb. Çünki binalarda baş verən partlayış və yanğınların böyük hissəsi məhz qaz sızmalarından qaynaqlanır. Qaz sisteminin ləğvi bu risklərin qarşısını almağa imkan verəcək”. 

O əlavə edib ki, qaz sisteminin tam ləğvi həyata keçiriləcəyi təqdirdə, yeni qaydalara əsasən, mənzillərin isti su ilə fasiləsiz təminatı tikinti şirkətləri və ya aidiyyəti dövlət qurumları tərəfindən mütləq şəkildə təmin edilməlidir: 

“Düşünürəm ki, əgər qaz sistemi ləğv olunarsa, yeni qaydalara əsasən vətəndaşların mənzillərinin isti su ilə təmin edilməsi tikinti şirkəti və ya dövlət qurumu tərəfindən mütləq şəkildə həyata keçirilməlidir. Çünki qaz sərfiyyatının əsas hissəsi məhz hamam otaqlarında isti su üçün və qış aylarında radiatorların qızdırılması məqsədilə istifadə olunur. Bu tələbat mərkəzləşdirilmiş qazanxana ilə qarşılandığı halda mətbəxlərdə də elektrik plitələrinə tam keçid mümkün və rahat olacaq”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: Qazsız mənzillər Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri