Icma.az
close
up
RU
“Qəbələ Azərbaycanın əsas turizm mərkəzlərindən biridir” Rəy

“Qəbələ Azərbaycanın əsas turizm mərkəzlərindən biridir” Rəy

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Qəbələ Azərbaycanın əsas turizm mərkəzlərindən biridir. Çexiya Biznes Forumunun burada keçirilməsi xarici investorların diqqətini regionlara yönəltmək, turizm sektoruna investisiya cəlb etmək və bölgələrin iqtisadi potensialını nümayiş etdirmək baxımından vacibdir. Uzun illər ərzində belə tədbirlərin əsasən Bakıda keçirilməsi investor marağını daha çox paytaxtla məhdudlaşdırırdı. Bu isə regionların inkişafını müəyyən qədər ləngidirdi”.

Bunu 525.az-a iqtisadçı ekspert Günay Hüseynova söyləyib. İqtisadçı bildirib ki, Qəbələdə keçirilən forum isə bu yanaşmanın dəyişdiyini göstərir. Məqsəd yalnız paytaxtın deyil, bütün regionların iqtisadi inkişafını təmin etməkdir. Bu, həm də turist axınının regionlara yönəldilməsi baxımından əhəmiyyətlidir: 

“Digər mühüm istiqamət isə alternativ enerji sahəsində əməkdaşlıqdır. Məlumdur ki, Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Lakin bu resurslar tükənə bilər və bu səbəbdən qeyri-neft sektorunun inkişafı prioritet məsələdir. Çexiya alternativ enerji texnologiyaları sahəsində təcrübəyə malik ölkələrdən biridir və bu sahədə əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verə bilər. Bununla yanaşı, forum Azərbaycan məhsullarının Avropa bazarlarına çıxışı baxımından da əhəmiyyətlidir. Hazırda kənd təsərrüfatı və digər məhsulların ixracı əsasən yaxın bazarlarla məhdudlaşır. Çexiya ilə əməkdaşlıq isə yeni bazarlara çıxış imkanlarını genişləndirə, ixracın coğrafiyasını artıraraq iqtisadiyyata əlavə stimul verə bilər. Çexiya Biznes Forumu yalnız iqtisadi tədbir deyil, həm də Azərbaycanın regionların inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir”.

Sevinc Qarayeva  
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri