Icma.az
close
up
RU
Qəbələ görüşünün siyasi və humanitar əhəmiyyəti ŞƏRH

Qəbələ görüşünün siyasi və humanitar əhəmiyyəti ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini aydın şəkildə nümayiş etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Xüsusilə Qəbələdə keçirilən görüşlər çərçivəsində aparılan müzakirələr bu səfərin həm regional, həm də beynəlxalq müstəvidə strateji əhəmiyyətini bir daha ön plana çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında dövlət başçıları arasında təmasların artıq sistemli xarakter aldığını vurğulayaraq son illərdə keçirilən çoxsaylı görüşlərin qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu təsdiqlədiyini qeyd etdi.

Məlumdur ki, Azərbaycan–Ukrayna münasibətləri möhkəm hüquqi və siyasi baza üzərində formalaşıb. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əməkdaşlığın əsasını təşkil edir. Həmin sənədlərdə ərazi bütövlüyü, dövlət suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı dəstək xüsusi vurğulanır. Bu isə beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər fonunda tərəflərin bir-birinə verdiyi siyasi dəstəyin əhəmiyyətini daha da artırır.

Səfər çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri də geniş müzakirə olunub. Energetika sahəsində qarşılıqlı fəaliyyət xüsusi diqqət mərkəzində olub. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR uzun illərdir Ukrayna bazarında uğurla fəaliyyət göstərir və bu istiqamətdə yeni layihələrin reallaşdırılması üçün geniş perspektivlər mövcuddur. Enerji sahəsində əməkdaşlıq təkcə mövcud layihələrlə məhdudlaşmır, eyni zamanda yeni investisiya təşəbbüslərini də əhatə edir və tərəflər üçün qarşılıqlı faydalı imkanlar yaradır.

Ticarət əlaqələrinin inkişafı da görüşün əsas gündəm mövzularından biri olub. Mövcud göstəricilər iki ölkə arasında iqtisadi münasibətlərin dinamik inkişaf etdiyini təsdiqləyir və yaxın perspektivdə ticarət dövriyyəsinin daha da artacağı gözlənilir. Bu isə iqtisadi inteqrasiyanın dərinləşməsi üçün real zəmin yaradır.

Hərbi-texniki əməkdaşlıq məsələləri də diqqətdən kənarda qalmayıb. Hər iki ölkənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər nəzərə alınaraq birgə istehsal və texnologiya mübadiləsi istiqamətində geniş imkanların mövcudluğu vurğulanıb. Bu əməkdaşlıq müdafiə xarakteri daşıyır və təhlükəsizliklə yanaşı, sənaye potensialının gücləndirilməsinə də xidmət edir. Eyni zamanda rəsmi Bakının münaqişələrin hərbi fazasında iştirak etməməsi və balanslaşdırılmış xarici siyasət kursu bir daha diqqətə çatdırılıb.

Qəbələ görüşü çərçivəsində institusional əməkdaşlığın gücləndirilməsi istiqamətində də mühüm qərarlar qəbul edilib. Hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və Xarici İşlər nazirlikləri arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi tərəflər arasında əlaqələrin davamlı və sistemli inkişafına xidmət edir.

Azərbaycanın xarici siyasətində humanitar dəyərlərin xüsusi yer tutması da bu səfər zamanı bir daha öz təsdiqini tapdı. Müharibələrin ağır nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan humanitar təşəbbüslərlə çıxış edərək münaqişələrdən zərər çəkmiş insanlara dəstəyini davam etdirir. Ukraynalı uşaqlar üçün təşkil olunan reabilitasiya proqramları, eləcə də gələcəkdə tələbələr üçün planlaşdırılan təhsil təşəbbüsləri bu istiqamətdə atılan mühüm addımlardır. Bundan əlavə, enerji infrastrukturuna dəstək məqsədilə göndərilən humanitar yardımlar Azərbaycanın beynəlxalq həmrəyliyə verdiyi töhfənin bariz nümunəsidir.

Nəticə etibarilə, qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan Azərbaycan–Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Qəbələdə keçirilən görüşlər isə bu strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində mühüm siyasi addım kimi tarixə düşür.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri