Icma.az
close
up
RU
Qəbələ Sumqayıt ı 6 cı pilləyə saldı

Qəbələ Sumqayıt ı 6 cı pilləyə saldı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt - Qəbələ 0:0
1. Mehdi Cənnətov (k) - 6,5
80. Keffel Resende - 5,5
33. Daniel Beskorovaynı - 5,5
72. Rayan Senhadji - 5,5
25. Abdul Raşid Mumini - 5,5
(75. Nadir Orucov, 81) - qiymətsiz
23. Ronaldo Vaskes - 6,0
(95. Nsana Simon, 86) - qiymətsiz
19. Roy Kehat - 5,5
(8. Səbuhi Abdullazadə, 69) - 5,0
71. Masaki Murata - 5,5
7. Rüstəm Əhmədzadə - 5,5
6. Sedrik Badolo - 5,0
(10. Nikola Ninkoviç, 46) - 5,0
11. Aleksa Yankoviç - 6,0
(29. Emil Mustafayev, 81) - qiymətsiz
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
3. Höccət Haqverdi
24. Sənan Muradlı
37. Nihad Orucəli
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Mehdi Cənnətov
93. Rza Cəfərov - 6,0
7. Turan Manafov - 6,0
(66. Nuğay Rəşidov, 61) - 5,5
33. Seydina Keyta - 5,5
16. İsaak Amoah - 5,5
3. Eduardo Kunde - 5,5
13. Nicat Əliyev (k) - 5,5
(27. Eşqin Əhmədov, 71) - 5,0
30. Prins Ovusu - 6,5
(70. Paulo Quimbila, 90+1) - qiymətsiz
6. Xayme Syerra - 5,5
8. Sambu Sissoko - 5,5
50. Adriel Ba Loua - 5,0
(14. Domi Massumo, 61) - 5,5
24. İsmael Akinade- 6,0
(12. İbrahim Sanqare, 71) - 5,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
11. Asif Məmmədov
28. Murad Musayev
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Sxadadze
Komandanın ən yaxşısı: Prins Ovusu
A.Ba Loua 34-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: M.Cənnətov, 33 (qeyri-idman hərəkəti). R.Vaskes, 39 (qeyri-idman hərəkəti). X.Syerra, 90 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
20 fevral. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1000 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Söhbət avrokuboklar uğrunda mübarizə aparan komanda ilə premyer-liqada qalmaqdan başqa hədəfi olmayan kollektivdən gedirsə, favorit ölkəmizi Avropada təmsil etmək istəyən tərəf olmalıydı. Özü də matç məhz həmin komandanın – “Sumqayıt”ın meydanında keçirilirdi. Lakin bu il yetərincə inadkar və döyüşkən oyun göstərən “Qəbələ” meydan sahiblərinin qalib gələcəyinə ola biləcək əminliyi aradan qaldırmışdı.

Səmimi olsaq, “qırmızı-qaralar” bu matçda da özünü yaxşı tərəfdən göstərməklə qarşılaşmanın turun ən baxımlı oyunlarından biri kimi yadda qalmasına səbəbkar oldu. O başqa məsələ ki, “kimyaçılar” matça daha fəal başladı. Dəqiq desək, Rza ilk saniyələrdə Badolonun, 6-cı dəqiqədə isə Vaskesin zərbəsini dəf etməyə məcbur oldu. Bir qədər sonra Yankoviçin təxminən 25 metrdən bəxtini sınadığını gördük. Ancaq Rza bu dəfə də iş başında idi. Gənc qapıçı serbiyalının toxunuşundan sonra üzərinə gələn topa yiyələnməkdə çətinlik çəkmədi.
“Qəbələ”nin ilk təhlükəli hücumu isə 29-cu dəqiqədə qeydə alındı. Turan topu cərimə meydançasında olan Akinadeyə çatdırmaq istəyirdi. Ancaq Mehdinin müdaxiləsi qonaqların planını pozdu. İş ondadı ki, epizod “Sumqayıt”ın qapısına penalti təyin edilməsiylə nəticələndi. Ona görə ki, başverənləri VAR-da incələyən Fərid Hacıyev Mehdinin topa yiyələnməyə çalışarkən Akinadeyə qarşı kobud oyununu qeydə aldı. 34-cü dəqiqədə “kürə”nin arxasına keçən Ba Loua komandasının hesabı açmaq arzusunu “dəfn etdi”. Daha doğrusu, Mehdi zərbəni zərərsizləşdirməklə “günahını yudu”. Buna rəğmən, qonaqlar fasiləyə hesabda öndə yollana bilərdi. Lakin 40-cı dəqiqədə Ovusu, ardından Kunde fürsətləri sağa-sola xərclədi.
Etiraf edək ki, 2-ci hissədə təhlükəli vəziyyət baxımından qıtlıq oldu. Yenə də Ninkoviçin qaçırdığı imkanları vurğulamalıyıq. Çünki serbiyalı 47-ci dəqiqədə Vaskesin, bir neçə saniyə sonra Rüstəmin yaratdığı şəraitdən faydalana bilmədi. Vaskesin 58-ci və 71-ci dəqiqədə əldən verdiyi şanslara da yer verməyə dəyər. Dominikanlı gah qeyri-dəqiqliyin qurbanı oldu, gah da Rza ilə bacarmadı. Hələ Yankoviçin 80-ci dəqiqədə puç etdiyi fürsəti demirik. Axı o azca dəqiq olsaydı, top dirəyin yanından şütümək əvəzinə tora daxil olacaqdı.
Hər halda, “Mehdi Hüseynzadə”də qol səsi eşidilməsə də, matç cansıxıcı keçmədi. O başqa məsələ ki, xal itkisi “Sumqayıt”ı üzdü. Çünki “kimyaçılar” indi 6-cı sıradadı. “Qəbələ” isə iddialı rəqibdən xal qoparmağın zövqünü yaşayır.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri