Putinin Avropa liderləri ilə söhbətini kim təşkil edib?
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Finlandiya prezidenti və Norveçin baş naziri Rusiya oliqarxını Vladimir Putinlə danışıqların təşkilinə cəlb ediblər. NATO üzvü olan hər iki ölkənin liderləri bu danışıqlar zamanı Putini Alyansın sülh dövründə Baltik dənizini bloklamaq niyyətində olmadığına inandırmağa çalışıblar.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı yazıb.
Məlumata görə, telefon danışığının açıq şəkildə elan edilmiş əsas mövzusu Ukraynada sülh məsələsi olsa da, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Finlandiya körfəzində gəmiçilik məsələsini də müzakirəyə çıxarıblar. Nəşrin mənbələri bunu “öz ərazilərində Rusiya ilə qarşıdurmanın qarşısını almaq cəhdi” kimi qiymətləndiriblər.
Qeyd olunur ki, Baltik dənizi Moskva ilə Qərb arasında münasibətlərdə ən ciddi potensial gərginlik ocaqlarından birinə çevrilib. İki ölkənin liderləri Putinə Moskva üçün mühüm əhəmiyyət daşıyan gəmiçilik marşrutunu bağlamaq niyyətində olmadıqlarına dair təminat verməklə gərginliyi azaltmağa çalışıblar.
Qərb diplomatları Moskvanı blokada planının olmadığına inandırmağa çalışsalar da, Aleksandr Stubb bu mesajın Putinə çatmayacağından ehtiyat edib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Stubb Norveçlə birlikdə Kremlə birbaşa çıxışı olan rusiyalı oliqarxa müraciət edib. Həmin şəxs yüksək vəzifəli norveçli rəsmilərlə məsləhətləşmələr aparmaq üçün Norveçə gedib, daha sonra isə Putinə mesajı çatdırmaq məqsədilə Moskvaya qayıdıb.
Bundan bir neçə gün sonra isə Putinlə telefon danışığı təşkil olunub.
VSJ sözügedən rusiyalı oliqarxın kimliyi barədə məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Noyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















