“Qəbələ” üçün 9 illik həsrət “Qarabağ”la oyunda tarixi seriya
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının X turunda bu gün "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, qarşılaşma saat 17:30-da başlayacaq.
Komandalar indiyədək Azərbaycan çempionatlarında 65 dəfə üz-üzə gəlib. Bu görüşlərin 38-də Ağdam təmsilçisi, 10-da isə "Qəbələ" qələbə qazanıb.
Daha 17 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də "köhlən atlar"ın üstünlüyü var – 109:49.
Maraqlıdır ki, "Qəbələ" Premyer Liqada "Qarabağ"a qarşı keçirdiyi son 27 oyunda qələbə qazana bilməyib. "Qırmızı-qaralar"ın bu rəqib üzərində çempionatda sonuncu qələbəsi 2017-ci ilin oktyabrına təsadüf edir. Həmin görüşdə "Qəbələ" 1:0 hesabı ilə qalib gəlib.
Baxış sayı:70
Bu xəbər 31 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















