Icma.az
close
up
RU
Qəbələdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilib YENİLƏNİB VİDEO

Qəbələdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilib YENİLƏNİB VİDEO

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanın İdman paytaxtı Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad başa çatıb.

İdman.biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca təntənəli parad açıq elan edilib. Müxtəlif növlər üzrə federasiyalar, veteran idmançılar, gənclər və idman idarələri və atletlər paraddan keçiblər.

Mərasimi giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, Qəbələ 2025-ci ilin idman paytaxtı seçilib: “Bununla bağlı başda prezident İlham Əliyevə və Gənclər və İdman Nazirliyinə özümün və qəbələlilərin adından təşəkkür edirəm. Azərbaycanda idmana qayğı daim dövlətin diqqətində saxlanılıb. Hər kəsə məlumdur ki, bütün bölgələrimiz kimi Qəbələ də gündən-günə inkişaf edir və bu gün beynəlxalq əhəmiyyətli yarışlara ev sahiblik edir. Qəbələ bu gün nəinki ölkəmizdə, dünyada da multikulturalizm və turizm mərkəzi kimi tanınmaqdadır. Bu il şəhərimiz MDB-nin gənclər paytaxtı da seçilib. Bu, Qəbələnin beynəlxalq səviyyədə tanınmağımıza müsbət təsir göstərəcək”.

Abdullayevin sözlərinə görə, qarşıda onları məsuliyyətli və gərgin qrafiki olan bir il gözləyir.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib və bu günün tarixindən söz açıb: "Bu gün qonaqpərvər bir şəhərdəyik. Hər birinizə ilk növbədə təşəkkür edirəm ki, bu bayrama qoşulmusunuz. İstərdim ki, əvvəlcə bu bayramın tarixçəsini danışım. 30 il öncə məhz bu gün Ulu Öndər beynəlxalq yarışlarda nailiyyətlər qazanmış idmançılarla görüşüb. 2005-ci ildə isə ölkə başçımız İlham Əliyev tərəfindən bu günün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunmasına dair fərman imzalanıb. Bu gün çox gözəl yürüş baş tutdu. Hər kəsin simasında bayram abu-havası hiss olunur. Bütün idmançılarımızı bir daha təbrik edir və yeni-yeni uğurlar arzulayıram".

Tədbir bədii hissə ilə davam etdirilib.

***

12:18

Azərbaycanın idman paytaxtı Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilir.

İdman.biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin önündə start götürən parad “Asan Xidmət” binasının önündə yekunlaşacaq.

Paradda gənclər və idman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idman ictimaiyyəti və şəhər sakinləri iştirak edirlər.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri