Qəbizlik sosial fəaliyyətə mane ola bilər Həkimdən MƏSLƏHƏTLƏR
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Həkim-qastroenteroloq Klara Sıçuqova bildirib ki, həddindən artıq qaz əmələ gəlməsi sosial fəaliyyətə ciddi təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bu haqda aif.ru ilə söhbətində həkim bağırsaqdakı qəbzlikdən və qazdan tez bir zamanda necə qurtulmağın yolunu açıqlayıb.
Sıçuqova qeyd edib ki, meteorizm hər zaman xəstəlikdən xəbər vermir. Qazın yığılmasının əsas səbəbləri arasında qəhvə, şokolad, kələm, paxlalılar və soğan kimi qidaların istehlakı, həmçinin düzgün olmayan həyat tərzi durur. Məsələn, oturaq iş bağırsaq hərəkətlərini zəiflədir, duruşu pisləşdirir və qarın orqanlarına təzyiqi artırır. Həkim vurğulayıb ki, bütün bu amillər qazın yaranmasına və yığılmasına səbəb olur.
Meteorizmə sürətlə qarşı mübarizə üçün həkim məsləhət görür ki, tədbirdən əvvəl arxası üstə uzanıb qarın nahiyəsinə saat istiqamətində masaj edin, başlanğıc nöqtəsi isə qarının sağ alt hissəsi olmalıdır. Həmçinin xüsusi nəfəs texnikası da kömək edə bilər: uzanın və ya oturun, bir əlinizi sinəyə, digərini qarına qoyun, burundan yavaş nəfəs alın, qarındakı əlin qalxdığını hiss edin, sinədəki əlin isə demək olar ki, hərəkətsiz qalsın, sonra ağızdan yavaşca nəfəs verin.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Noyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















