Qəddafi “növbəti qurban sizsiniz” deyəndə Əsədin reaksiyası VİDEO
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafinin 2008-ci ilin martın 29-da Suriyanın paytaxtı Dəməşqdə (Şam) Ərəb liderlərinin toplantısında etdiyi çıxışı yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, Qəddafi həmin çıxışı zamanı İraq lideri Səddam Hüseynin ölümünü misal çəkib bu ifadəni işlətmişdi:
“Səddamın başına gələnlər sizi də gözləyir. Sıra sizə də gələcək”.
Həmin vaxt Ərəb ölkələri liderlərinin gülüşləri salonda əks-səda verir.
Maraqlısı isə budur ki, təbəssümü ekranlara yansıyan siyasilərdən biri də bir neçə gün əvvəl Suriyada hakimiyyəti devrilən prezident Bəşər Əsəd olur.
Suriyada baş verən siyasi yeniliklərin fonunda Qəddafiyə gülən Əsədin aqibətini bir növ tarixin istehzası da adlandırmaq olar.
Qəddafinin həmin çıxışını təqdim edirik:
Baxış sayı:91
Bu xəbər 11 Dekabr 2024 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















