Qəddafinin oğlunun evini ələ keçirmək istəyən dələduz ifşa olundu
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Silsilə dələduzluq əməlləri ilə tanınan Lesli Geyl-Çaylds Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin üçüncü oğlu Saadi Qəddafinin Londondakı malikanəsini qanunsuz yollarla mənimsəməyə cəhd edib.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən hadisə ilə bağlı Böyük Britaniyanın "Daily Mail" nəşri yazıb.
Qəddafi həmin mülkü 2009-cu ildə məxfi qaydada 10 milyon funt-sterlinq (22 milyon manatdan artıq) müqabilində əldə edib. Hazırda Saadi Qəddafinin harada məskunlaşdığı məlum deyil, onun Tripolini tərk edərək Türkiyə ərazisinə sığındığı güman olunur.
Dələduz mülkə sahib çıxmaq məqsədilə "Capitana Seas" və "Capitana Seas 2008 Trust" adlı şirkətlər, eləcə də "Paine Crow & Partners" adlı uydurma hüquq bürosu təsis edib. O, özünü Liviya hökumətinin rəsmisi kimi qələmə verərək iddia edib ki, dövlət Qəddafinin şirkətinə aid olan binanı geri almaq niyyətindədir.
Həmin şəxs iki məhkəmə hakimini çaşdırmağı bacarsa da, ABŞ-nin müdafiə sənayesi şirkəti olan "General Dynamics"in müdaxiləsindən sonra ifşa olunub. Adıçəkilən şirkətin vəkilləri Tripoli ilə təmasa keçərək, onun addımlarından məlumatsız olduqlarını bildiriblər. Nəticə etibarilə, onun üzərinə 324 min funt-sterlinqdən (700 min manatdan çox) artıq məbləğdə məhkəmə xərclərini ödəmək öhdəliyi qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















