Icma.az
close
up
RU
Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?

Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

HƏMAS Qəzza zolağında öz vətəndaşlarına qarşı əsl terror kampaniyası aparır, müxalifətin istənilən təzahürlərini güc yolu ilə məhv etməyə çalışır. 

Lent.az bildirir ki, Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, 2025-ci ilin yazında yerli sakinlərin HƏMAS hökumətinə qarşı etirazları dəhşətli vəhşiliklə yatırılıb. İnsanlar sadəcə olaraq rejimi tənqid etməyə cəsarət etdikləri üçün işgəncələrə məruz qalıblar, şikəst ediliblər və öldürülüblər.

Etirazların əsas təşkilatçılarından biri aptek biznesinin sahibi olan 26 yaşlı sahibkar Əhməd əl-Masri olub. O, açıq şəkildə HƏMAS əleyhinə çıxış edib, həmvətənlərini öz hüquqlarını müdafiə etməyə çağırıb. Bunun üçün onu yaraqlılar qaçırıb, naməlum yerə aparılıb və dəhşətli işgəncələrə məruz qalıb.

Şahidlərin dediyinə görə, onun ayaqları daş və metal çubuqlarla sındırılıb, əzalarından güllə yarası alıb, sonra isə qızmar günəşdə qanlar içində qalıb. Onun aparıldığı Şifa xəstəxanasında zorakılıq davam edib. 

“The Telegraph” yazır ki, HƏMAS silahlıları onu təcili yardım maşınında ayaqları üzərinə döyməyə davam ediblər. Yatdığı palatada iki nəfəri onun gözü qarşısında güllələyiblər.

Bu, amansız repressiyalar silsiləsində yalnız bir haldır. Qəzza zolağında fəallar yoxa çıxır, etirazçılar itkin düşür, onların bəzi cəsədlərində işgəncə izləri var. İşgəncələrin videoları HƏMAS tərəfindən qorxuducu vasitə kimi istifadə olunur. Belə videoların birində maskalı silahlılar metal dəyənəklərlə bağlı adamın dizlərinə döyüblər. Onun qışqırıqları bir məqsədlə internetdə yerləşdirilir: qorxu səpmək və hər hansı narazılığı yatırtmaq.

“The Telegraph”ın mənbələrinə görə, müxalif fikirlərin yatırılmasına HƏMAS-ın “Səhm” adlı xüsusi bölməsi cavabdehdir. Onun döyüşçüləri insanları humanitar yardım üçün növbələrdən çıxarır, döyür və küçələrdə edamlar həyata keçirirlər. Bəziləri ilk hücumdan sağ çıxa bilsələr, yenidən xəstəxana palatalarında öldürülür.

Hətta humanitar mərkəzlərdə çalışan fələstinlilər də terrorun qurbanına çevrilirlər. Məsələn, iyunun 11-də yaraqlılar Xan Yunis yaxınlığında GHF mərkəzlərindən birinin əməkdaşlarının olduğu avtobusu pusquya salıblar. Səkkiz nəfər həlak olub, sağ qalanlar isə xəstəxananın qapısında - həkimlərin və yaxınlarının gözü qarşısında yola salınıb. İnsanları çubuqlarla, borularla, daşlarla döyür, özlərini xilas etməyə imkan vermirlər.

Fiziki terrora əlavə olaraq, HƏMAS rəqiblərinə qarşı informasiya kampaniyaları aparır, onları İsraillə əməkdaşlıqda ittiham edirlər.

Fələstin məsələləri üzrə ekspert Xalid Əbu Toamənin sözlərinə görə, edamlardan sonra Qəzzada etirazlar tamamilə yox olub: "İnsanlar qorxur. Nə vaxtsa onlar sadəcə olaraq küçələrə çıxmağı dayandırıblar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri