Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Qəddarlaşmış işğalçılar meşəmizə, çayımıza da qənim kəsilibmişlər...

Qəddarlaşmış işğalçılar meşəmizə, çayımıza da qənim kəsilibmişlər...

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Hayların Qarabağda törətdikləri ekosid təbiətin ürəyinə sancılmış paslı xəncərdir

Ermənistanın 30 illik işğalı nəticəsində Qarabağ və ətraf rayonlarda meşələr qırılıb, yanğınlar törədilib, mədən sənayesi genişlənib və su hövzələri çirkləndirilib. Bu proseslər bir-biri ilə bağlı şəkildə həm təbii landşaftı, həm də bioloji və su sistemlərini dəyişdirib. Proseslər təkcə təbii resurs itkisi ilə məhdudlaşmır, eyni zamanda, regionun uzunmüddətli ekoloji sabitliyini də ciddi şəkildə zəiflədib.

Rəsmi ekoloji qiymətləndirmələrə görə, Qarabağ bölgəsi Azərbaycanın ən zəngin meşə zonalarından biridir. Bu ərazilərdə, təxminən, 260 min hektar meşə fondu mövcud olub və bunun da 25 faizi məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyev işğal dövründə törədilən bu ekoloji terroru xarakterizə edərək bildirib: “İşğal dövründə ermənilər bizim 60 min hektardan çox meşə fondumuzu, o cümlədən Avropanın ən böyük çinar meşəsi olan Bəsitçay qoruğunu məhv etmişlər. Ekosid, talançılıq, düşmənçilik, qəddarlıq törətmişlər”. Meşə örtüyünün süni şəkildə azaldılması təkcə iqtisadi mənfəət məqsədi daşımayıb, həm də torpaq, su və bioloji sistemlərin paralel deqradasiyası – məqsədyönlü ekosiddir.

2012–2016-cı illərdə meşələrin qırılmasının intensivliyi Ermənistandakı göstəricilərdən 2,3 dəfə yüksək olub, 2014–2018-ci illərdə 404 min 800 kubmetr, 2017-ci ildə isə təkcə 102 min 488 kubmetr meşə ehtiyatı məhv edilib. Bu, artıq lokal deyil, sistematik ekoloji təzyiq modelini ortaya qoyur.

Topxana meşəsi və Şuşa ətrafındakı meşə massivləri ekoloji vəhşiliyin qurbanı olub. Burada 2 mindən artıq qiymətli ağac növləri kütləvi şəkildə qırılıb, müxtəlif məqsədlərlə istifadə edilib.

Bəsitçay Dövlət Təbiət Qoruğu da Azərbaycanın nadir təbiət sərvətlərindən biridir və Şərq çinarı meşələrinin qorunması məqsədilə yaradılıb. Bu qoruq uzun illər təkcə ölkə daxilində deyil, həm də regional miqyasda unikal ekosistem sayılıb. Xüsusilə Bəsitçay çayı vadisi boyu formalaşmış çinar meşələri öz sıxlığı və ekoloji dəyərinə görə “Avropanın ən böyük çinar meşəsi” kimi təqdim edilib. Uzun illər nəzarətsiz qalan qoruq ərazisində çinar meşələrinin çox hissəsi məhv edilib. Bu isə təbii regenerasiya proseslərinin zəifləməsinə səbəb olub.

AMEA Coğrafiya İnstitutunun torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev XQ-yə bildirdi ki, Bəsitçay qoruğunun əsas dəyəri onun çinar ekosistemi ilə birbaşa bağlılığıdır: “Şərq çinarı uzunömürlü və geniş kök sistemi olan ağac növüdür və bu tip meşələr yalnız fərdi ağaclardan ibarət deyil, bütöv hidroloji və torpaq balansına əsaslanan mürəkkəb ekosistemlərdir. Qoruqda bu balansın pozulması, çinarların seyrəkləşməsi və bəzi sahələrdə meşə örtüyünün parçalanması ekoloji sabitliyə birbaşa təsir göstərib. Nəticədə, torpaq eroziyası riski artıb, çay vadisinin təbii su rejimi zəifləyib və biomüxtəlifliyin strukturunda dəyişikliklər yaranıb”.

Onun sözlərinə görə, su balansındakı ən kiçik dəyişiklik belə onların inkişafına və davamlılığına birbaşa təsir göstərir: “Bu səbəbdən qoruqda müşahidə olunan deqradasiya uzunmüddətli ekoloji nəticələr doğurub”.

Ağdam rayonu da işğal dövründə ciddi ekoloji itkilərlə üzləşib. Burada yüzillik Şərq çinarları məhv edilib, 732 hektar püstə meşəsi sıradan çıxarılıb, geniş otlaq sahələri yandırılıb. Nəticədə, həm landşaft dəyişib, həm də fauna üçün yaşayış mühiti zəifləyib. Xocavənd və Füzuli rayonlarında da oxşar vəziyyət müşahidə olunub. Ağdərə rayonunda mədən istismarı ilə bağlı yüzlərlə hektar meşə sahəsi məhv edilib. “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı təxminən 82 hektar meşə örtüyü sıradan çıxıb. Bununla paralel olaraq, işğal dövründə genişmiqyaslı meşə yanğınları törədilib. Bu yanğınlar 110 min hektara yaxın ərazini əhatə edib. Ümumiyyətlə, meşələrin qırılması, ağac kəsimi və tikinti və mədənçilik yolu ilə çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü risk altında qoyub.

* * *

Ermənistan ərazisindən gələn çirklənmiş sular Araz hövzəsinin əsas ekoloji risk mənbəyidir. Bu çirklənmənin əsas hərəkətverici qüvvəsi Ermənistanın Meğri, Qacaran və Qafan zonalarında intensiv fəaliyyət göstərən dağ-mədən sənayesidir. Həmin müəssisələrdən təmizlənmədən axıdılan sənaye tullantı suları Oxçuçay vasitəsilə birbaşa Araz sisteminə qarışır və nəticədə kimyəvi çirklənmə çayın aşağı axını boyu geniş bir coğrafiyaya yayılır. Oxçuçaydan Araz hövzəsinə daxil olan sənaye tullantılarında mis, molibden, sink, qurğuşun, arsen və digər toksiki ağır metalların yüksək konsentrasiyası qeydə alınır. Aparılan rəsmi monitorinqlər bəzi hallarda suda misin miqdarının normadan 25–50 dəfə, zəhərli fenolların isə 6–15 dəfə artıq olduğunu müəyyən edib. Bu fəlakətli göstəricilər su ekosisteminin bioloji balansının ciddi şəkildə pozulduğunu və ərazidə artıq yalnız təbii aşınma deyil, dərin kimyəvi deqradasiya prosesinin getdiyini göstərir.

Bu destruktiv proses çayın aşağı axınında yerləşən Azərbaycan ərazilərində kənd təsərrüfatı və suvarma üçün istifadə olunan suyun keyfiyyətinə də birbaşa, dağıdıcı təsir göstərir. Çirklənmiş su ilə suvarma nəticəsində torpaq qatında ağır metalların kütləvi toplanması baş verir ki, bu da ekosistemdə uzunmüddətli toksikoloji risklər formalaşdırır. AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq layihə çərçivəsində İmişli və Saatlı rayonlarında, eləcə də Arazboyu yerləşən Qaravəlli, Bəcirəvan, Qaralar və digər kəndlərdə torpaq, su və kənd təsərrüfatı məhsullarını ekogenetik baxımdan geniş tədqiq ediblər. Laborator analizlərin nəticələrinə əsasən, Araz çayı suyunda, dib çöküntülərində, qrunt sularında və əkin sahələrində dəmir, manqan və molibden kimi elementlərin konsentrasiyasının normadan kəskin dərəcədə artıq olduğu sübut edilib. Xüsusilə yerli əhalinin gündəlik məişətdə istifadə etdiyi quyu sularında molibdenin miqdarının normadan 50–100 dəfə çox olduğu aşkarlanıb ki, bu da insan və heyvan orqanizmində metabolik proseslərin pozulması üçün birbaşa patoloji risk yaradır.

Torpaq və otlaq sahələrindəki ağır kimyəvi çirklənmə dərəcəsi ilə paralel olaraq, həmin regionlarda aparılan tibbi-ekoloji monitorinqlər zamanı yerli əhali arasında mədə-bağırsaq, ürək-damar və onkoloji xəstəliklərin artması müşahidə edilib. Çünki ağır metallar və radionuklidlər torpaqdan bitkiyə, oradan isə heyvan və insan orqanizminə keçərək qida zəncirində akkumulyasiya olunur. Bu elementlərin bioloji zəncirdə uzunmüddətli toplanması isə gələcək nəsillərdə genetik mutasiyalar və ağır xroniki patologiyalar yaradır. Araz hövzəsində yaranmış bu ekoloji və sağlamlıq riskləri problemin artıq lokal deyil, regional təhlükəsizlik xarakteri daşıdığını göstərir.

Beləliklə, bütün bu amiləri bir araya gətirdikdə, Qarabağ və ətraf bölgələrdə baş verən proseslərin lokal ekoloji pozuntular deyil, sistemli ekosid xarakterli fəaliyyətlər olduğu görünür. İşğalçılar meşələrimizə, çaylarımıza qarşı da düşməncəsinə, qəddarlıqla davranmışlar. Bu, biomüxtəlifliyin sürətlə azalması və meşə landşaftının deqradasiyasına, su resurslarının kimyəvi, sənaye və potensial radioaktiv çirklənməsinə səbəb olub. Araz çayı və Qarabağ ekosistemində yaşananlar sübut edir ki, təbiətə edilən dağıdıcı müdaxilələr coğrafi sərhədləri aşaraq regional və qlobal fəsadlar doğurur. Qlobal iqlim dəyişikliyi və şirin su ehtiyatlarının məhdudlaşdığı müasir şəraitdə bu problemlər artıq yalnız lokal ekoloji məsələ deyil, milli və strateji təhlükəsizlik problemidir.

Sonda onu da qeyd edək ki, Ermənistanın təbiətimizə və biomüxtəlifliyə vurduğu ekoloji ziyanın həcmi 244,4 milyard dollar səviyyəsində ölçülür.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri