Qədim Misirdə tapılan 46 kəllə nəyi təsdiq edib?..
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Minilliklər əvvələ aid məzarlar Qədim Misirlə bağlı təsəvvürlərimizi dəyişdirə biləcək yeni bir sirri üzə çıxarıb. Tədqiqatçıların əldə etdiyi nəticələr hökmdarların ölümündən sonra saray çevrəsində baş verən hadisələrlə bağlı diqqətçəkən bir ehtimalı daha da gücləndirib.
“Milliyet” yazır ki, ABŞ-dakı Purdue Universitetindən olan doktor Rozelin Kempbell tədqiqatı çərçivəsində Misirin Birinci Sülaləsi dövrünə aid kral məzarlarının yerləşdiyi Abidosdakı Umm əl-Qaab qəbiristanlığında dəfn edilmiş 46 kəlləni tədqiq edib. Tədqiqat nəticəsində bu şəxslərdən 18-inin kəllə sümüklərində ölümcül sınıqlar və xəsarətlər aşkar edilib. Sınıqların bəzilərinin dəfn mərasimindən xeyli sonra yaranan zədələrdən deyil, məhz ölüm anı və ya ona yaxın vaxtlarda baş verməsi, həmin şəxslərin zorakılıq nəticəsində öldürülmüş ola biləcəyi barədə fərziyyəni gücləndirir.
Əldə edilən məlumatlar göstərir ki, kral məzarlarının ətrafındakı "ikincil məzarlar"da dəfn olunan şəxslərin heç olmasa bir qismi hökmdarın ölümündən sonra qurban verilmiş ola bilər. Tədqiqatın diqqətçəkən digər bir nəticəsi də hökmdar məzarlarının ətrafındakı ikinci dərəcəli məzarların sayının zamanla sürətlə azalması idi. Bu hal hökmdarın ölümündən sonra saray məmurlarının, sənətkarların və digər xidmətçilərin öldürülərək hökmdar məzarlarının ətrafında dəfn edilməsi ənənəsinin İkinci Sülalənin əvvəllərində sona çatdığının göstəricisi kimi qiymətləndirilir.
Tədqiqatın müəllifi Kempbell “The Guardian” qəzetinə bildirib ki, Birinci Sülalənin ilk hökmdarı olan Ahanın yalnız bir neçə köməkçi məzarı olduğu görünsə də, onun xələflərinin məzarları ətrafında yüzlərlə belə məzar aşkar edilib. "Misirdə hökmdarın ətrafındakı şəxslərin qurban verilib-verilmədiyi məsələsi bir əsrdən çoxdur ki, müzakirə olunur, lakin bu, həmin məzarlardan çıxarılan insan qalıqlarını birbaşa tədqiq edən ilk araşdırmadır", – deyə Kempbell bildirib.
Tədqiqatın nəticələri “Frontiers in Environmental Archaeology” jurnalında dərc olunub.
Tərcümə: Mətanət Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















