Icma.az
close
up
RU
Qəfil ürəktutmasından ölməmək üçün: BELƏ YATIN

Qəfil ürəktutmasından ölməmək üçün: BELƏ YATIN

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Tam qaranlıqda yatmaq ürək sağlamlığı üçün vacibdir. 

Belə ki, alman alimləri yuxu zamanı işığa müntəzəm məruz qalmağın ürəyin strukturunda və funksiyasında dəyişikliklərlə əlaqəli olduğunu və bu da ürək çatışmazlığı, infarkt və insult riskini artıra biləcəyini aşkarlayıblar. 

“Cebheifo.az” xəbər verir ki, tədqiqatın nəticələri “European Heart Journal” (EHJ) jurnalında dərc edilib.

Tədqiqatçılar Britaniya Biobankında bir həftə işıq və hərəkət sensorları taxan və bir neçə il sonra ürək MRT müayinəsindən keçən 11071 iştirakçının məlumatlarını təhlil ediblər. Gecə işığı ən yüksək səviyyədə olan insanlarda sol mədəcik orta hesabla 2,4% böyük, ürək divarı 1,5% qalın və yığılma qabiliyyəti ən qaranlıq şəraitdə yatanlara nisbətən 1,9% aşağı olub.

Bu dəyişikliklər ürək-damar xəstəliklərinin inkişafı ilə müşayiət olunan struktur dəyişiklik olan sözdə ürək remodelləşməsi ilə əlaqəli ola bilər. Aşkarlanan dəyişikliklərin təxminən yarısı yuxu çatışmazlığı ilə izah edilə bilər.

"Başqa bir mümkün mexanizm sirkadian ritmlərinin pozulmasıdır. Gecə işığı yalnız yuxunu deyil, həm də qan təzyiqini, hormonal səviyyələri və iltihabı tənzimləyən daxili bioloji saata təsir göstərə bilər", - deyə alimlər izah ediblər.

Sağlamlıq vəziyyəti ilə də əlaqə müşahidə edilib. On illik müşahidə dövründə ən parlaq gecə işığına məruz qalan iştirakçılarda ən qaranlıq şəraitdə yatanlarla müqayisədə ürək çatışmazlığı riski 29%, infarkt riski 24%, insult riski 33% və ürək-damar ölümü riski 26% daha yüksək olub.

Alimlər qeyd ediblər ki, tədqiqat işığın təsirini yalnız bir həftə ərzində ölçüb və işıq spektrini qiymətləndirməyib. 

Buna baxmayaraq, tədqiqatçılar hesab edirlər ki, qalın pərdələr, yataq otağında parlaq işıq mənbələrindən qaçınmaq və cihazlardakı işıqları örtmək kimi sadə tədbirlərlə gecə işığına məruz qalmanın azaldılması ürək sağlamlığı üçün faydalı ola bilər.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri