Icma.az
close
up
RU
Qəhrəman şəhidimiz: Torpaqlarımızı işğaldan azad edib, bayrağımızı orada dalğalandıracam ...

Qəhrəman şəhidimiz: Torpaqlarımızı işğaldan azad edib, bayrağımızı orada dalğalandıracam ...

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1996-cı il yanvarın 24-də Bakıda doğulur...

2003 / 2013-cü illərdə Bakı şəhər Nərimanov rayonunda yerləşən 291 saylı Ekologiya liseyində orta təhsil alır...

2013 / 2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində ali hərbi təhsil alır...

Ali hərbi təhsilini tank bölüyü ixtasası üzrə leytenant rütbəsi ilə başa vurur...

2017-ci ildən Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edir...

MN- in Təlim-Tədris Mərkəzində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək (45 gün) baş leytenant rütbəsi alır...

Vətən müharibəsinə tank tağımı komandiri olaraq qatılan, Füzuli, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə mərdliklə döyüşən, öz həyatını təhlükəyə ataraq, düşmənin 5 tankını mövqelərimizə gətirib çıxaran, yaralı olduğu halda döyüş mövqeyini tərk etməyən və döyüş yoldaşlarını dəfələrlə mühasirədən çıxaran, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edən, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov!

Qəhrəmanımız müharibənin ilk günlərində öz tankı ilə minaya düşərək ayağından yaralanır. Lakin tankı idarə edən mexanikin daha ağlr yaralı olduğunu görüb, onu 25 km məsafədə iki gün ərzində meşə ərazisində belində daşıyaraq öz postlarına gətirib çıxarır. Baş leytenantın ağır yaralı olması səbəbilə onu da Beyləqandakı qospitala təxliyə etsələr də, o müalicəsini yarımçıq qoyaraq yenidən döyüş mövqeyinə qayıdır. Qəhrəmanımız döyüş zamanı rəhbəri olduğu tank bölüyündən ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilir.

Azad Hümbətov vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubilry medalı, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilir.

Qəhrəmanımızın anası Leyla Hümbətova deyir ki, "Oğlumun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub. Azad həmişə deyirdi ki, torpaqlarımızı işğaldan azad edib, üç rəngli bayrağımızı orada dalğalandıracam. Bu arzu ona canı bahasına başa gəlsə də, verdiyi sözü tutdu, arzusuna çatdı. Azad əsgərlərə bildiyi hər şeyi öyrədirdi. Öz üzərində çox çalışırdı. Xəyalları, məqsədləri çox idi. Ama qismət... "

Qeyd edim ki, qəhrəmanımızın təhsil aldığı 291 saylı lisey artıq onun adını daşıyır. Əminəm ki, bu təhsil ocağı vətənimizə bundan sonra da yüzlərlə azadlar yetişdirəcək.

Ruhun şad olsun qəhrəman şəhidim! Arzun gerçək oldu. Sayənizdə işğaldan azad olunan torpaqlarımızda artıq üç rəngli bayrağımız dalğalanır. Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi:

Üç rəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Bu vətənin övladları hər zaman səni rəhmət, sevgi, qürurla anacaq! Allah sənə rəhmət eləsin, qanı ilə tarix yazan şəhidim!

Sevinc Bəhmənli.

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri