Icma.az
close
up
RU
Qəhvə bir çox xəstəliklərin qarşısını alır. YENİ ARAŞDIRMALAR

Qəhvə bir çox xəstəliklərin qarşısını alır. YENİ ARAŞDIRMALAR

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarvard Universitetinin alimləri uzunmüddətli araşdırmalar nəticəsində belə nəticəyə gəldilər ki, qəhvənin daim qəbulu (təbii ki, söhbət təbii və keyfiyyətli qəhvədən gedir) bir çox xəstəliklərinin qarşısını alır.

Belə ki, məlum oldu ki, qəhvə içməyən insanlarla müqayisədə daim qəhvə içən insanlar arasında ağır ürək-damar sistemi xəstəliklərinə daha az hallarda təsadüf edilir. Alimlərin fikirinə görə, bunun səbəbi  qəhvənin ürək-damar sisteminə olan müsbət təsirindədir.

Digər ciddi elmi araşdırmalarda qəhvənin insanın sinir sisteminə, qara ciyərinə, mədəaltı vəzinə olan müsbət təsiri təsdiq olunub.

Belə ki, qəhvənin qəbulu yaşlı insanlarda tez-tez inkişaf edən çox ağır Alsheymer və Parkinson xəstəliklərinin riskini xeyli azaldır.

Alimlərin fikirinə görə, qəhvənin hepaprotektor təsiri var. Bu o deməkdir ki, qəhvə qara ciyərin bərpasına kömək edir. Araşdırmalar nəticəsində çox maraqlı fakt aşkar edildi - alkoqolizm xəstələri arasında olan daim qəhvə içənlərdə sirroz və digər ağır qara ciyər xəstəliklərinə daha az təsadüf edilir.

Qəhvə mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və 2-ci tip şəkərli diabetin inkişafının riskini azaldır.

Həmçinin sübut olundu ki, qəhvə orqanizmdə qocalma prosesləri ləngidir.

Lakin nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər və vəziyyətlər zamanı qəhvənin qəbulu insanın sağlamlığına ziyan vura bilər.

Belə ki, həkimlər bu kimi hallarda qəhvənin qəbulundan imtina etmək tövsiyə edir:

- tutrəyən aritmiya

- hipertoniya (müalicə lazım olan effekt verməyən kəskinləşmə dövründə)

- qara ciyərin ağır xəstəlikləri (qara ciyərin ferment sistemində ağır pozulmalar olanda). Yuxarıda biz qeyd etmişik ki, qəhvə qara ciyərə müsbət təsir edir, onun bərpasına kömək edir. Lakin əgər insanda ağır qara ciyər xəstəliyi artıq varsa, qəhvənin qəbulu ona ziyan vura bilər.

- mədəaltı vəzi xəstəlikləri (kəskinləşmə dövründə)

- hamiləlik.

Alimlərin fikirinə görə, sağlam insan gün ərzində 3-5 fincan (qəhvə fincanı) qəhvə içə bilər. Lakin burada da orqanizmin fərdi reaksiyasına diqqət etmək lazımdır. Əgər bir neçə fincan qəhvə qəbul etdikdən sonra sizdə təzyiqin artması, ürək döyünməsinin tezləşməsi kimi simptomlar meydana çıxarsa, qəhvənin qəbulunu azaldın.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri