Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Qəhvə kömək etmir Səhər beyin niyə dumanlı olur?

Qəhvə kömək etmir Səhər beyin niyə dumanlı olur?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhər vərdişlərindən danışarkən, “beyin dumanını” dağıtmaq üçün çoxlarının ağlına ilk olaraq qəhvə gəlir. Lakin nevroloqlar bildirir ki, səhər ilk qəbul etdiyiniz qida və ümumiyyətlə gün ərzində qidalanma tərziniz zehni aydınlıq üçün daha böyük rol oynayır.

Lent.az xəbər verir ki, tibb üzrə doktor, nevroloq və Hackensack Meridian Neyroelm İnstitutunun hərəkət pozuntuları şöbəsinin tibbi direktoru Divya Kaulun sözlərinə görə, qida yalnız fiziki enerji mənbəyi deyil, həm də psixi vəziyyətimizin təməlidir.

Onun sözlərinə görə, qidalanma ilə zehni sağlamlıq arasındakı əlaqəni anlamaq bədəni sağlam, zehni isə ayıq və stressə davamlı saxlamaq üçün vacib şərtdir.

Həkim qeyd edir ki, düzgün qidalanma düşüncə aydınlığını, diqqəti və fokuslanma müddətini artırır. Əksinə, vacib qida maddələrinin çatışmazlığı yorğunluğa, qərarvermədə çətinliyə və reaksiyanın ləngiməsinə səbəb ola bilər.

Beyin orqanizmdə ən aktiv metabolizmə malik orqanlardan biridir. Bu isə o deməkdir ki, onun düzgün işləməsi üçün davamlı şəkildə müəyyən qida maddələrinə ehtiyacı var. Bu maddələr müvəqqəti belə çatışmadıqda, tez bir zamanda düşüncənin ləngiməsi, diqqət dağınıqlığı və zehni enerjinin azalması kimi əlamətlər ortaya çıxa bilər.

Bu xüsusilə səhər saatlarında daha önəmlidir. Çünki beyin gecə boyunca qidasız qaldıqdan sonra neyrotransmitterlərin istehsalı, qan şəkərinin stabilləşməsi və diqqətin bərpası üçün “yanacağa” ehtiyac duyur. Səhər yeməyində əsas qida maddələrinin olmaması gün boyu enerji enişlərinə və zehni boşluqlara səbəb ola bilər.

Bir çox insan səhər rahatlığı qidalılıqdan üstün tutur: yalnız qəhvə içir, şirniyyat yeyir və ya ümumiyyətlə səhər yeməyini buraxır. Qəhvə qısa müddətli enerji versə də, beyin üçün lazım olan “tikinti materiallarını” əvəz etmir. Uzun müddətdə bu vərdiş xroniki diqqət dağınıqlığına, əsəbiliyə və konsentrasiya problemlərinə gətirib çıxara bilər.

Nevroloqlar bildirir ki, qidalı səhər yeməyi mürəkkəb olmalı deyil, lakin düşünülmüş şəkildə seçilməlidir. Məqsəd günün əvvəlində beyinə lazım olan maddələri verməkdir ki, o günün qalan hissəsində “çatışmazlığı doldurmağa” çalışmasın.

Səhər yeməyində əsas səhv – zülaldan imtina

Divya Kaul insanları zülal az olan və ya tamamilə zülalsız pəhrizlərdən uzaq durmağa çağırır. Onun sözlərinə görə, səhər kifayət qədər zülal qəbul etmək gün ərzində diqqəti və zehni məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır.

Digər mütəxəssislər də eyni fikirdədir. Zülalla zəngin və ya balanslaşdırılmış səhər yeməyi yüksək karbohidratlı səhər yeməyi ilə müqayisədə diqqət və zehni səy tələb edən tapşırıqlarda daha yaxşı nəticə verir.

Zülal sadəcə trend deyil. O, dopamin, serotonin və noradrenalin kimi əsas neyrotransmitterlərin yaranması üçün lazım olan amin turşularını təmin edir. Bu maddələr fokuslanmanı, ayıqlığı, motivasiyanı və əhval-ruhiyyəni tənzimləyir.

Səhər zülal qəbulunun faydaları:

Qan şəkərini stabilləşdirir və ani düşüb-qalxmaların qarşısını alır, beynin “oyanmasına” və fokuslu işləməsinə kömək edir, iqqət davamlılığını və işçi yaddaşı yaxşılaşdırır

Uzunmüddətli perspektivdə isə zülal neyronların bütövlüyünü qoruyur və neyroplastikliyi, yəni beynin yeni əlaqələr yaratmaq qabiliyyətini – dəstəkləyir.

Səhər nə qədər zülal lazımdır?

Mütəxəssislər sağlam insanlar üçün səhər yeməyində 15–30 qram zülalı ümumi bələdçi kimi göstərirlər. Lakin bu, hamı üçün dəyişməz qayda deyil. Xüsusilə böyrək və ya qaraciyər problemi olan şəxslər zülal miqdarını həkim və ya dietoloqla məsləhətləşərək müəyyən etməlidir.

Beyin üçün ən yaxşı zülal mənbələri

Yağlı balıq (məsələn, qızılbalıq), yumurta, lobya və paxlalılar, tofu və soya məhsulları, qoz

Məsləhət görülməyən qidalar:

Emal olunmuş ətlər (sosiska, kolbasa və s.), ırmızı ət, dərin yağda qızardılmış qidalar, doymuş və trans yağlarla zəngin məhsullar.

Beyni dəstəkləmək üçün səhər yeməyinə əlavə 3 məsləhət

Su için. Oyandıqdan sonra qəhvədən əvvəl təxminən 350–470 ml su içmək yüngül susuzlaşmanın qarşısını alır. Beynin böyük hissəsi sudan ibarət olduğu üçün maye çatışmazlığı onun fəaliyyətinə mənfi təsir göstərə bilər.

Sadə şəkər əvəzinə mürəkkəb karbohidratlar seçin. Tam taxıllar, meyvə və tərəvəzlər yaddaşı və beyin sağlamlığını dəstəkləyir, artıq şəkər isə idrak qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir.

Səhər yeməyini buraxmayın. Müntəzəm qidalanma qan şəkərini stabilləşdirir və bioloji ritmləri qoruyur ki, bu da zehni məhsuldarlıq üçün vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Yanvar 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri