Icma.az
close
up
RU
Səhər qəhvə içmək ölüm riskini azaldır

Səhər qəhvə içmək ölüm riskini azaldır

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“European Heart Journal” jurnalında dərc olunan yeni bir araşdırma qəhvənin günün hansı saatında istehlak edildiyinin sağlamlıq üzərində əhəmiyyətli təsir göstərə biləcəyini ortaya qoyub.

News24.az lent.az-a  istinadla xəbər verir ki, ABŞ-ın Tulane Universitetindən professor Lu Qinin rəhbərliyi ilə aparılan tədqiqat səhər qəhvə içmənin ölüm riskini azaltdığını müəyyən edib.

Araşdırma 1999-2018-ci illər arasında ABŞ Milli Sağlamlıq və Qidalanma Araşdırması Anketinə qatılan 40,725 iştirakçının məlumatlarını analiz edib. İştirakçıların sağlamlıq qeydləri və qidalanma vərdişləri, eləcə də 1,463 nəfərin həftəlik qidalanma məlumatları araşdırılıb.

İştirakçılar üç qrupa ayrılıb:

1. Səhər qəhvə içənlər (36 faiz)

2. Gün ərzində müxtəlif saatlarda qəhvə içənlər (16 faiz)

3. Qəhvə istehlak etməyənlər (48 faiz)

9-10 illik müşahidə dövründə toplanan məlumatlar təhlil edilərək ölüm riski ilə qəhvə istehlak saatları arasındakı əlaqə qiymətləndirilib.

Səhər qəhvə istehlakı ölüm riskini azaldır - Ürək-damar xəstəliklərindən ölüm riski, qəhvə istehlak etməyənlərlə müqayisədə 31 faiz daha azdır; Hər hansı bir səbəbdən ölüm riski isə 16 faiz daha aşağıdır. Bu üstünlüklər gün ərzində müxtəlif saatlarda qəhvə içənlərdə müşahidə olunmayıb. Səhər saatlarında daha çox qəhvə içmək daha çox fayda verir - Səhərlər yalnız bir fincan və ya daha az qəhvə içənlərdə ölüm riski azalması nisbətən daha azdır. Melatonin və sirkadiyen ritmin təsiri - Günün gec saatlarında qəhvə içmək melatonin hormonunun səviyyəsini pozaraq sirkadiyen ritmi və yuxu rejimini təsir edə bilər. Bu da ürək-damar sağlamlığına zərər verə bilər.

Tədqiqatçılar müşahidə olunan sağlamlıq üstünlüklərinin yalnız kafeindən deyil, qəhvədəki digər bioaktiv maddələrdən də qaynaqlandığını qeyd edirlər. Xüsusilə səhər saatlarında qəhvənin iltihab əleyhinə təsir göstərən birləşmələrinin qan səviyyəsindəki iltihabı tarazlaya biləcəyi vurğulanır. Bu təsirin kafeinsiz qəhvə üçün də keçərli olduğu bildirilir. Kardioloq professor Thomas Lüscher qeyd edir ki, gün ərzində qəhvə istehlak edənlər adətən daha az yatma meylinə malikdirlər ki, bu da onların ümumi sağlamlıq göstəricilərinə təsir edə bilər. Professor Lu Qi isə deyir: “Nəticələrimiz göstərir ki, yalnız qəhvə içib-içməməyiniz və nə qədər istehlak etməyiniz deyil, həm də günün hansı saatında qəhvə içdiyiniz əhəmiyyətlidir”.

Araşdırma səhər qəhvə istehlakının daha üstün faydaları olduğunu göstərsə də, tədqiqatçılar bu nəticələri təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Yanvar 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri