Qəlbim hər zaman Azərbaycan və Türkiyə üçün eyni sevgi ilə döyünəcək
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qardaş Türkiyə Respublikasında səfir kimi fəaliyyətimi başa vurarkən, ilk növbədə mənə bu yüksək və məsuliyyətli missiyanı etibar etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ali etimadı doğrultmaq üçün bütün gücüm və məsuliyyət hissimlə çalışmağa səy göstərdim. Bu missiyanı digər bir qardaş ölkəmizdə - Özbəkistanda davam etdirəcəyimdən isə xüsusi məmnunluq duyuram.
Qardaş Türkiyədə keçirdiyim illər mənim üçün təkcə diplomatik fəaliyyət dövrü deyil, həm də ömrümün ən şərəfli və unudulmaz səhifələrindən biri oldu. “Bir millət, iki dövlət” fəlsəfəsinin gündəlik həyatda necə yaşandığını görmək, Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə əlimdən gəldiyi qədər töhfə vermək mənim üçün böyük qürur mənbəyidir.
Bu müddət ərzində qardaşlıq münasibətini əsirgəməyən Prezident, Zati-aliləri cənab Rəcəb Tayyip Ərdoğana, birlikdə çalışdığımız Türkiyə Respublikasının dövlət rəsmilərinə, diplomatik korpusun nümayəndələrinə, media mənsublarına, elm, mədəniyyət və iş dünyasının təmsilçilərinə, eləcə də hər zaman dəstəyini hiss etdiyim qardaş Türkiyə xalqına səmimi təşəkkürümü bildirirəm.
Eyni zamanda, Türkiyədə yaşayan və fəaliyyət göstərən soydaşlarımıza minnətdaram. Onların dövlətimizə bağlılığı, həmrəyliyi və sevgisi hər zaman bizə əlavə güc verib.
Diplomatik missiyalar başa çatsa da, dostluqlar, qardaşlıq və Vətənə xidmət məsuliyyəti əbədi olaraq qalır.
Qəlbim hər zaman Azərbaycan və Türkiyə üçün eyni sevgi ilə döyünəcək.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Rəşad Məmmədov,
Azərbaycanın Türkiyədəki sabiq səfiri
Bu mövzuda digər xəbərlər:Şəlalə Camal: Sevən qəlbim… yazıq qəlbim…
11 Dekabr 2025 13:03
“Qəlbim hər zaman Azərbaycanladır” Şahruddin İdmanXəbər
19 Noyabr 2025 11:37
Qəlbim məzarlıq kimidir
27 Fevral 2026 23:42
Hans Henri Kluge: Mənim qəlbim Azərbaycan xalqının yanındadır
06 Yanvar 2025 17:25
Şahruddin Məhəmmədəliyev tənqidlərlə bağlı paylaşım etdi: Qəlbim hər zaman Azərbaycanladır
19 Noyabr 2025 11:31
Baxış sayı:166
Bu xəbər 24 İyul 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















