Icma.az
close
up
RU
QƏLBİMİZDƏKİ ZƏFƏR TAĞI “Bütün yollar Xankəndindən keçir”... AzPolitika onlayn siyasiictimai qəzet

QƏLBİMİZDƏKİ ZƏFƏR TAĞI “Bütün yollar Xankəndindən keçir”... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Etibar Əliyev, 

fəlsəfə üzrə fəlsəfə doktoru

Biz Qarabağımızdayıq! Barbarlar Vətənimizə qarşı genosid, ekosid, urbisid, kultursid kimi beynəlxalq cinayətlər törətdilər. Biz 200 illik erməni vəhşiliklərindən xilas olduq.

Ermənilərdən qisas almaq bizə ana südümüz kimi halaldır. Vəhşicəsinə öldürülən uşaqlar, qadınlar, qocalar, Azərbaycan əsgərinin ahı yerdə qala bilməzdi. Bu müqəddəs missiyanı Prezident İlham Əliyev yerinə yetirdi. Xalqın böyük etimad göstərdiyi siyasi xadim, sərkərdə İlham Əliyev Azərbaycan tarixinə yeni şanlı səhifələr yazdı. Bu səhifələrdə xalqımızın qüdrəti, birliyi, şücaəti, mərdliyi, qüruru, döyüşkənliyi yazılıb. Və bunların məcmusu olan ZƏFƏR...

Haqlı fikirdir: tarixin gedişatını şəxsiyyətlər dəyişir. İlham Əliyev bioqrafiyasının zənginliyinə görə dünyanın nəhəng siyasətçiləri ilə bir cərgədə durur. Siyasətə verilən ən mükəmməl təriflərdən biri Otto fon Bismarka məxsusdur: "Siyasət elm deyil, sənətdir." Müzəffər Ali Baş Komandan İlham Əliyev Eynşteynin də ən çətin peşə saydığı siyasətin həm də elmini bilir. Aldığı yüksək təhsil və elmi dərəcə sırf bu sahəyə aiddir. İlham Əliyev, az qala, təkbaşına sadiq qaldığı prinsiplərlə Makiavelli ilə dünya siyasətindən çıxdaş edilən əxlaqı yenidən siyasətin məzmununa qaytardı. 

Onun siyasəti öz gücünü ağlın, qəlbin, iradənin vəhdəti ilə yanaşı, həm də əxlaqdan alır. Biz buna 44 günlük Vətən müharibəsində, lokal antiterror əməliyyatında dəfələrə şahid olduq; həm qarşıya qoyulan hədəflərin strateji olaraq seçildiyini göstərən əməli fəaliyyətində, həm sülh istəyən erməni xalqını erməni separatçılarından ayıran çıxışlarında, həm də bəzi Qərb mediasının təxribatçı suallarına siyasi müdrikliyin zirvəsindən verdiyi cavablarında.

Müdrikliyə və casarətə söykənən bu təcrübi iradədə məğlubiyyətə, tərəddüdə və təsadüfə yer yoxdur. İlham Əliyev bütün dünyada liderliyin paradiqmasını dəyişdi. İlham Əliyev 2003-cü ildə xalqın adından manipulyasiyalar edənlərə bir demokratik seçki ilə siyasəti yadırğatdı.

Ulu öndərimiz Heydər Əliyevin çox maraqlı bir fikrini xatırladım: “Siyasət mürəkkəb, həm də maraqlı peşədir.” Müzəffər Ali Baş Komandanımız bu mürəkkəb və maraqlı peşəni dövlətin, xalqın və Azərbaycan vətəndaşının maraqlarına yönləndirdi.

Ermənilər torpaqlarımızı işğal etməkə yanaşı, həm də demək olar ki, hər gün əsəblərimizə təsir edən hərəkətlərə yol verirdilər. 200 illik erməni təhdidlərinə və vəhşiliklərinə son qoymaq üçün zaman faktorunu dəyərləndirmək olduqca vacib idi. Prezident bu faktoru özünün intuisiyası ilə çox dəqiqliklə dəyərləndirə bildi.

Müstəqillik qazandığımızın ilk günlərdən ermənilər və onların havadarları bizi çətin imtahanlar qarşısında qoyublar. Ən çətin imtahan müharibə imtahanı olub. Böyük alman filosofu Maks Şelerə görə müharibə - dövlət üçün imtahandır və imtahanın gedişində aydınlaşmalıdır: həqiqətənmi dövlət ictimai iradəni ifadə edir! "Müharibə hər bir fərdin obrazında bütövlük, ləyaqət və qururu ortaya çıxaran həqiqət anıdır." Filosofa görə, müharibə adətən insanda gizlənənləri üzə çixarır.

44 günlük Vətən müharibəsi göstərdi ki, Dövlətimiz çətin imtahanın gedişində ictimai iradəni ifadə etdiyini ortaya qoydu. O ictimai iradəni ki, Ali Baş Komandanımız İlham Əliyevin iradəsi ilə tamamilə üst-üstə düşür. Vətən müharibəsindəki əzəmətli qələbəmiz bunu sübut etdi...

Burada Uinston Çörçillin İngiltərədə indi də məşhur olan kəlamı yadıma düşdü: «Biz öz adamızı nəyin bahasına olursa-olsun, qoruyacağıq. Biz sahil boyu, aerodromlarda, meydanlarda, küçələrdə, dağlarda döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq».

Qarabağımızın işğaldan azad olunmasında Azərbaycan ordusu bütün çətin vəziyyətlərdə döyşdü. Bunu bütün dünya gördü. Azərbaycan ordusundan fərari olmadı.

Şuşaya ilk səfərimizdə şəhər mənə çox tutqun və qaşqabaqlı kimi göründü. Bilmirəm, müharibədən yorulub, taqətdən düşdüyü üçünmü, yoxsa bizim gəlişimizi gözləmədiyi üçünmü belə idi. İndi mədəniyyətimizin paytaxtı nəhəng bir qalxana bənzəyir. İri hərflərlə yazılmış “Qarabağ Azərbaycandır!” sözləri şəhərin qaşqabağını açıb. Qələbə küsmüş təbiətlə bizi ani olaraq barışdırdı. Bizim şəhərlərin şəffaf təbiətdində erməni murdarlığına yer ola bilməzdi. Xankəndində universitet təsis olundu. Universitet sosiallaşma üçün ən münbit məkandır. Ən yaxşı müəllimlər bu universitetdə dərs deməli və Yay məktəblərində tələbələri öyrətməlidirlər.

Biz böyük yaddaşa və şücaətə malik olan qəhrəman xalqıq. Bir neçə gün əvvəl yazdığım bir fikri yenə təkrarlayıram: “Bütün yollar Xankəndindən keçir”...

Böyük dövlət xadimlərinin yarımçıq işləri olmur. Bu tarixin fəlsəfəsini yaşamaq bizim nəslə də nəsib oldu. Bu Zəfəri bizə yaşadan, 30 illik həsrətə son qoyan bütün Şəhidlərimizə Allah rəhmət eləsin.

Qazilərimizə şəfalar versin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri