Icma.az
close
up
RU
Qəlblərdə yaşayan əbədi lider AZƏRTAC

Qəlblərdə yaşayan əbədi lider AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 dekabr, AZƏRTAC

Liderlər qlobal arenada xidmətlərinin miqyasına görə fərqli səviyyələrdə tanınırlar. Elə şəxsiyyətlər var ki, onlar yalnız öz Vətənində, doğma yurdunda tanınır, qəbul və təqdir olunur. Lakin elə siyasi xadimlər, dahilər var ki, onları bütün dünya tanıyır, eyni zamanda onlar zaman və məkan anlayışına sığmırlar. Ulu Öndər, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev bütün fəaliyyəti dönəmində öz xalqının xoşbəxt gələcəyi, milli maraqları uğrunda mübarizə aparmış, təkrarsız siyasət yürüdərək ölkəmizin müstəqilliyini qoruyaraq dağılmaqda olan bir ölkənin qurtuluşçu lideri kimi fenomen olmağı bacardı. Ulu Öndər Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq müstəqil dövlətimizin gələcək qələbələrinin fundamental əsaslarını yaratmaqla milliliklə dövlətçiliyin vəhdətini təmin edərək onun sarsılmaz təməlini inşa etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın maraqlarını özündə əks etdirən uzaqgörən siyasəti ölkəmizin həm daxili, həm də xarici siyasətinin dəqiq konturlarını müəyyənləşdirdi. Azərbaycanda qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısı alındı, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1994-cü ilin mayında Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Qarabağda döyüş bölgəsində axan qanı dayandırmağa imkan verən atəşkəs rejiminin tətbiqi haqqında saziş imzalandı. Ölkənin hərtərəfli inkişafının konseptual əsaslarını yaradan Heydər Əliyevin yürütdüyü siyasət ilə Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, təhlükəsizliyi təmin edildi, güclü nizami ordu quruldu, ölkə dünya birliyinə inteqrasiya olunmağa başladı və iqtisadi tərəqqi dövrünə qədəm qoydu.

Bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinə dövlətin ictimai-siyasi həyatının bütün sahələrində əsaslı islahatların aparılması daxildir. Ulu Öndərin uzaqgörənliyi və zəngin siyasi təcrübəsi sayəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağı bacardı.

Ümummilli Lider xalqın gələcəyə inamını bərpa etdi, ölkənin sürətli inkişafı və dünya miqyasında yüksək nüfuzu üçün möhkəm zəmin yaratdı. Böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrildi.

Ən əsası, Ümummilli Liderin müdrik strategiyası müqəddəs Vətən müharibəsində Böyük Qələbənin, doğma torpaqların azad edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoydu.

“Təqvimin 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Məhz təqvimin bu günündə dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatı bütün Azərbaycan xalqını matəmə qərq etdi. Azərbaycan xalqı öz qurucusunu, ölkəni xaosdan, fəlakətlərdən xilas edən xilaskarını itirdi. Xalq hər il bu günü ümumxalq hüzn günü kimi qeyd edir.

Çünki bu gün xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı azad, qüdrətli bir ölkədə deyil, vətəndaş müharibəsi fonunda dağıdılmış bir məmləkətdə yaşayırdıq və kim bilir, taleyimiz necə olacaqdı! İftixarla qeyd etmək olar ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutaraq taleyinin ən qüdrətli dövrünü yaşayır və bütün uğurlarımız Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev olmasaydı, müstəqilliyimizə qəsd olunacaqdı. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev xoşbəxt gələcəyimiz uğrunda yorulmaz mübarizə apardı, ölkəni siyasi böhrandan, xarici təhlükələrdən xilas etməyi bacardı. Azərbaycanı parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən qoruyaraq lider kimi ümumxalq sevgisi qazandı.

Bu gün müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Məhz bu strategiya ilə biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq və bütün qələbələrimizə, uğurlarımıza görə biz Heydər Əliyevə borcluyuq!

Atılan bütün addımlar, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin gələcək nəsillərə əmanət qoyub getdiyi ideyaların parlaq təntənəsidir. Əbədiləşən bir ömür yolu keçən Ümummilli Lider Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafı və tərəqqisinə həsr etməklə milləti, dövləti üçün misilsiz xidmətlər göstərmişdir. Məhz bu xidmətlərinə görə Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq, hər zaman xalqımızın sonsuz məhəbbətinin qürur mənbəyi olacaqdır!”, - deyə Xumar Məmmədova qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see595

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see376

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see368

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see339

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see303

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see281

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see257

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see227

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see211

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see207

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see200

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see197

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see193

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see189

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see187

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see182

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see180

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see177

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see173

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri