Icma.az
close
up
RU
Qələbələrimiz davamlı olacaq

Qələbələrimiz davamlı olacaq

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Dövlətin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan beynəlxalq arenada güclü idman ölkəsi kimi tanınır. Başa çatmaqda olan 2024-cü ildə idmançılarımızın əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimində qeyd etdiyi kimi, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. İdmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən dövlət başçısı xüsusilə vurğuladı ki, bu, idmanımızın inkişaf etdiyini göstərir. Buna görə də, uğurlu idman siyasəti nəticəsində qarşıdakı ildə də idman qələbələrimizin davam edəcəyinə heç bir şübhə yoxdur.” Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, mötəbər beynəlxalq yarışlar, idmançıların dünya arenasında çoxsaylı uğurları - bütün bu xəbərlər bizə tanışdır. 2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə “Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirir. Bütün bunlar belə deməyə əsas verir ki, bu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur. 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti oldu və 22 il ərzində ölkənin baş idman idarəsinə uğurla rəhbərlik etdi. Ölkə Prezidenti kimi də cənab İlham Əliyev MOK-un rəhbəri olaraq ölkənin idman həyatında fəal iştirak edir. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında əldə etdikləri nəticələr də bu fəallığın təzahürüdür. Buna görə də, təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanın regionun əsas idman gücünə çevriləsi təsadüfi qarşılanmır - respublikamızda dünya və Avropa çempionatları və digər yüksək dərəcəli beynəlxalq yarışların keçirildiyini artıq saymaq mümkün deyil.
Bütün bunların zirvəsi 2015-ci ildə Bakıda zəfərlə keçirilən birinci Avropa Oyunları oldu. İki ildən sonra Azərbaycanın paytaxtı İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Yaxşı ənənəyə uyğun olaraq, daha iki ildən sonra Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçirildi. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçısı Azərbaycanın idman həyatını diqqətlə izləyir. Prezident İlham Əliyev işinin çox olmasına baxmayaraq, Azərbaycanda keçirilən, demək olar ki, bütün beynəlxalq yarışlarda şəxsən iştirak edir. Dövlətin birinci şəxsinin dəstəyinin hər bir idmançı üçün nə demək olduğunu deməyə ehtiyac yoxdur. Azərbaycan idmançılarının uğurları ölkə prezidentindən də yan keçmir. Hər il onlarla idmançıya mənzillər, mükafatlar, fəxri adlar verilir. Çox mühümdür ki, Azərbaycan idmanının veteranları qayğıdan məhrum deyillər. Prezident çıxışında bununla bağlı bildirdi ki, bu proses artıq 27 ildir davam edir. Dövlət başçısı diqqətə çatdırdı ki, idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir.
Əlbəttə, Prezident İlham Əliyevin idmançılara və məşqçilərə yüksək qiymət verməsi gənc nəsillə yanaşı, idmanın inkişafı naminə çalışan bütün insanları da həvəsləndirir. Dövlətimizin başçısı idmançıların sosial vəziyyətinə xüsusi diqqət yetirir ki, bu da onların çıxışına böyük stimuldur.
Gələn il Azərbaycan növbəti böyük idman yarışına evsahibliyi edəcək. Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirdi ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçımızın sözlərinə görə, bu qədər iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Bu oyunlara da hazırlaşdığımızı diqqətə çatdıran Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, MDB Oyunlarının ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.
Deputat sonda qeyd edib ki, dövlət başçımız ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsini həm Azərbaycanın potensialını, həm siyasətini, həm də imkanlarını göstərmək baxımından yüksək qiymətləndirir. İdman sahəsində davamlı inkişaf əminliklə deməyə əsas verir ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkan verməklə bərabər, hərtərəfli faydaların əldə olunmasına da müsbət təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri