Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Qələbəyə bərabər “məğlubiyyət”

Qələbəyə bərabər “məğlubiyyət”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın zəfər yürüşü davam edir

“Qarabağ” Bakıda Macarıstanın “Ferensvaroş” klubunu qəbul edir. Bu, Azərbaycan təmsilçisi üçün Çempionlar Liqasının liqa mərhələsinə adlamaqda həlledici qarşılaşma olacaq. İlk görüş kifayət qədər sensasiyalı, 1:3 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdı. Bu da Çempionlar Liqasını Azərbaycanda görmək ehtimalı xeyli yüksədir. “Qarabağ”ın sadiq çalışdırıcısı Qurban Qurbanov karyerasında ikinci dəfə klubu ilə Avropanın ən yaxşı turnirinin əsas mərhələsinin bir addımlığına çatıb və bu addımı da əzmlə atmaqda qərarlı görünürdü.

“Qarabağ” futbol klubu azarkeşlərinin, eləcə də bütün Azərbaycan futbolsevərlərinin səbirsizliklə gözlədiyi matçın start fiti verilməmişdən əvvəl müəyyən təhlillər aparmaq və rəqib “Ferensvaroş”un evdə rüsvayçı məğlubiyyətinin Bakıda qarşılığını verə biləcəyinin nə qədər real olduğunu araşdırmaq qərarına gəldik. “Köhlən atlar”a nə qədər inansaq da, futbolda qanunauyğunluq əsla mümkün deyil.

Analitiklərin böyük əksəriyyətinin fikrincə, Azərbaycan klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyununda favorit hesab edilirdi. İlk oyunun nəticəsinin – 3:1 “Qarabağ”ın xeyrinə olduğunu və komandaların hazırkı vəziyyətini nəzərə alsaq, ən məqbul nəticə Azərbaycan futbol klubunun xeyrinə idi. Bu seçimi hər iki komandanın son matçlardakı çıxışının statistikası və macarların fanatların gözündə özlərini doğrultması üçün irəli şığıyıb riskə getməli olduğu qarşıdurmanın xarakteri də təsdiq edirdi.

“Qarabağ”ın matça səfərdə 3:1 hesablı qələbə ilə çıxması heç də onların bundan arxayın olacağına əsas vermirdi. Əslində bu üstünlük Azərbaycan klubunun cavab oyununa ehtiyatlı çıxacağını və rəqibə ciddi yanaşacağını deməyə əsas verirdi. Doğrudur, “Ferensvaroş” üçün vəziyyət kritikdir: Bu mərhələni adlamaq üçün macarlar ən azı, cavabsız 3 qol vurmalı, ya da daha yüksək hesabla qalib gəlməlidirlər. Bu vəzifə qonaqları hücumda mümkün qədər aqressiv oynamağa məcbur edəcək ki, bu da öz növbəsində “Qarabağ”a sürətli əks-hücumlar təşkil etməyə imkanlar yaradacaqdı.

Ötən qalibiyyət görüşündən yazarkən qeyd etdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasında inanılmaz seriya nümayiş etdirir: komanda 10 oyundur heç-heçə nə olduğunu bilmir (7 qələbə, 3 məğlubiyyət), son 7 səfər matçının 5-də isə ən azı iki qol vurub. Doğma meydanda Qurban Qurbanovun komandası ənənəvi olaraq topa nəzarəti ələ ala bilir (orta hesabla 55 faiz topa sahiblik) və sürətli cinah hücumlarına arxalanaraq praqmatik hərəkət edir. Çempionlar Liqasının hazırkı püşkatmasında “Qarabağ” yalnız bir dəfə - əvvəlki mərhələdə “Şkendiya” ilə görüşdə qol buraxıb ki, bu da müdafiənin etibarlılığından xəbər verir.

“Ferensvaroş” isə 2025/26 avrokuboklarında qeyri-sabit nəticələr göstərib: komanda Çempionlar Liqasının son 9 matçının 7-də ən azı bir qol buraxıb, 8 oyunun 7-də isə hər hissədə ən azı bir qol vurub. Doğrudur, Macarıstan klubu hücumlarda yüksək intensivliyi ilə seçilir, lakin eyni zamanda tez-tez arxa cəbhəni də boş buraxır. Bunu statistika da təsdiqləyir: “Qarabağ”la son 3 oyunda macar klubu 7 qol buraxıb.

Şəxsi görüşlərin tarixinə gəldikdə isə, rəqiblər son üç ildə dörd dəfə üz-üzə gəlib. Balans “Qarabağ”ın xeyrinədir: iki qələbə, iki heç-heçə, məğlubiyyət yoxdur. Bu qarşılaşmaların hər birində qol nisbəti yüksək olub: orta hesabla azərbaycanlılar üçün hər oyuna 2,5, macarlar üçün isə 1,5 qol. Son iki qarşılaşmanın ikisi də 3:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

Komandaların taktiki gedişlərinin təhlili göstərir ki, 4-5-1 sxemi ilə oynayacağı gözlənilən “Qarabağ”, bu qarşılaşmada yarımmüdafiəyə və müdafiədən hücuma sürətli keçidlərə daha çox diqqət yetirməli idi. Əsas fiqurlar, təbii ki, Zubir və Kadi olaraq qalırdı. Çünki onlar həm mövqe hücumu təşkil edə, həm də fərdi bacarıqla əks-hücumu tamamlaya bilirlər. “Köhlən atlar” müdafiədə kompakt hərəkət etməli, xətlər arasındakı boşluğu minimuma endirməyə çalışacaqdı.

Maraqlıdır ki, “Qarabağ” “Ferensvaroş”a 3:1 hesabı ilə qalib gəldikdən sonra beş oyunluq qələbə seriyasını kəsdi və Azərbaycan çempionatının ikinci mərhələsində “Sumqayıt”a uduzdu. Oyun öncəsi əsas heyətin bütün futbolçularına istirahət verən Qurban Qurbanova haqq qazandırmaq olardı, klub Çempionlar Liqasına fokuslanmışdı.

“Ferensvaroş”un böyük qüvvə ilə irəli getməyə məcbur olacağı ehtimalı real idi: Robbi Kin 2 hücumçu və aktiv cinahlardan ibarət sxemə üstünlük verəcəkdi. Bu, xüsusilə rəqibin sürətli əks-hücumları zamanı müdafiə xətaları ehtimalını artıracaqdı. Diqqətçəkən məqamlardan biri də, macarların ənənəvi olaraq çoxlu qayda pozuntusuna yol vermələri olacaqdı. Çünki “Qarabağ”la son 3 qarşılaşmada onlar 48 qayda pozuntusuna yol veriblər ki, bu da qarabağlıların işinə yarıya bilərdi. Çünki fransalı baş hakim Kleman Türpen kobud oyundan əsla xoşlanmır, əlbəttə əgər referi oyunu ədalətli idarə etsə, bu macarlar üçün əlavə təhlükələrə səbəb ola bilərdi.

Matç öncəsi hər iki komandanın əsas oyunçularının ciddi zədələnməsi ilə bağlı məlumat yox idi. Qurban Qurbanov meydana optimal heyəti çıxardı: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Marko Yankoviç, Abdullah Zubir (k), Leandro Andrade və Nəriman Axundzadə.

Beləliklə, Bakının Tofiq Bəhramov adına Respublika Stadionunda baş hakim Kleman Türpenin fiti səslənir və matç başlayır.

Çempionlar Liqası seçim turlarında həmişə inamlı görünən Qurban Qurbanovun komandası bu dəfə ilk dəqiqələrdən ehtiyatlı oyun nümayiş etdirirdi. Onu başa düşmək çətin deyildi. Komandası Çempionlar Liqasının əsas mərhələsinin bir addımlığındaykən, başqa cür oynamaq olmazdı. “Köhlən atlar”ın balanslaşdırılmış oyunları ilk dəqiqədən diqqət çəkir: Qurbanovun komandası möhkəm müdafiə və hücuma sürətli keçidləri ilə yenə Robbi Kinin komandasına öz taktikalarına uyğun oyun nümayiş etdirməyə imkan vermirdilər.

Azərbaycan klubu müdafiədə etibarlıdır və rəqib qapısı yaxınlığındakı məqamları effektiv reallaşdırmağa çalışır. “Ferensvaroş” isə riskə getməyə və açılmağa məcburdur ki, bu da meydan sahiblərinə əlavə imkanlar yaradır.

Robbi Kinin komandası hücumlara nə qədər arxalansa da, onlar, həmişə olduğu kimi, səfərdə sabit oynaya bilmirlər. Macarlar risk edib açıq oynamağa çalışalar da, meydan sahiblərinin əzmkarlığı onları məyus edirdi. Amma bu qarşılaşmaya onlar çox qəzəbli çıxmışdılar.

Oyunun 7-ci dəqiqəsində Nəriman Axundzadə Kadinin cərimə meydançasının sol küncündə aldığı ötürməni qola çevirməyə çox yaxın oldu. Macarların əsl mənada bəxti gətirdi.

10-cu dəqiqədə isə qapıçımız Mateus Koxalski rəqibinə təkbətək çıxmağa fürsət verməyib təhlükəli vəziyyəti qapısından uzaqlaşdırdı. 12-ci dəqiqədə isə macarlar topu qapımızdan keçirməyə nail oldular. Bax, buna imkan vermək olmazdı. Köməkçi hakim bayrağı qaldırıb oyundankənar vəziyyət qeydə alsa da, VAR işə qarışandan sonra qol hesaba alındı – 0-1 “Ferensvaroş” irəli çıxdı.

Robbi Kinin sevinci cəmi 15 dəqiqə çəkdi. Nəriman Axundzadə kapitanı Zubirdən aldığı ötürməni rəqibin cərimə meydançasına qədər aparıb macar oyunçunu əla fəndlə aldatdı və topu qapı ilə üz-üzə duran Leandro Andradeyə atdı. Hücumçumuz da bir fəndlə rəqib müdafiəçini aldadıb güclü zərbə ilə topu qapıdan keçirdi – 1-1.

Bundan sonra “Qarabağ”ın oyunçuları daha kəskin hücumlara başladılar və rəqib qapısı qarşısında ən azı 2-3 təhlükəli vəziyyət yaratdılar. 43-cü dəqiqədə Kadi rəqib qapısının 22-23 metrliyindən vurduğu cərimə zərbəsi ilə qola yaxın oldu. Top qapı dirəyindən azacıq aralı keçdi. Amma çox keçmədi ki, komandamızın kapitanı Zubir, ilk qolun müəllifi Andradedən cərimə meydançadan aldığı əla ötürməni elə o səviyyədə qola çevirdi – 2-1. “Qarabağ” zəfərə bir addım da yaxınlaşdı. İndi “Ferensvaroş” istəyinə çatmaq üçün “köhlən atlar”ın qapısından 4 cavabsız top keçirməli idi. Bu isə elə də əlçatan görünmürdü. Komandalar elə bu hesabla da fasiləyə yollandılar.

İkinci hissə “Qarabağ”ın kəskin hücumları ilə başladı, amma qonaqlar da onlardan geri qalmaq istəmir və əzmkar oyun nümayiş etdirirdilər. Tez-tez əks-hücumlar təşkil edən Robbi Kinin yetirmələri nəhayət 53-cü dəqiqədə istəklərinə nail oldular. Əkshücuma keçən macarların oyunçusunu Kevin Medina cərimə meydançasında kobud fəndlə aldı. Hakim Kleman Türpen 11 metrlik nöqtəni göstərdi. Topa ilk oyunda “Qarabağ”ın qapısına qol vuran Barnabaş Varqa yaxınlaşdı. Onun güclü və aldadıcı zərbəsi qarşısında qapıçımız aciz qaldı. Beləcə, görüşün 55-ci dəqiqəsində “Ferensvaroş”un forvardı penaltidən fərqlənib hesabı bərabərləşdirdi –2-2.

Oyunun 72-ci dəqiqəsində topla sürətlə Yankoviç rəqib qapıçısı ilə az qala təkbətək çıxacaqdı. Topu qapıçı ilə üz-üzə qalacaq komanda yoldaşına verməkdə xəsislik etdi, amma özü də topu çərçivədən kənara vurdu.

82-ci dəqiqə yenə müdafiəçilərimizin kobud oynundan sonra qapımıza cərimə zərbəsi təyin edildi. Bu dəfə də 30-35 metrdən rəqibin oyunçusu, oyunda əla seyvləri ilə yadda qalan Mateuş Koxalskinin irəli çıxmasından istifadə edib topu düz qapının doqquzluğuna göndərdi. Bu, artıq həyəcan siqnalı idi.

Rəqib dayanmaq bilmirdi. Qurban Qurbanov yeni qüvvələrlə oyunda üstünlüyü komandasının xeyrinə dəyişmək istədi. 87-ci dəqiqədə isə qapıçımız sözün əsl mənasında bəlkə də komandasının xilaskarına çevrildi. Rəqibin bir neçə metrdən başla vurduğu topu son anda dəf edə bildi.

Hakimin oyuna əlavə etdiyi son 5 dəqiqə başlayır. Və son 2 dəqiqə də başa çatır. Nəhayət, Kleman Türpen final fitini səsləndirir. Beləcə, “Qarabağ” öz meydanında 3-2 məğlub olsa da, ümumi hesabda 5-4 hesabla Çempionlar Liqasında yoluna davam edir. Əhsən “Qarabağ”! Sən həqiqətən bu qələbəyə layiqsən.

İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri