Icma.az
close
up
RU
Qələbəyə yaraşmayan oyun

Qələbəyə yaraşmayan oyun

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sumqayıt” Misli Premyer Liqasında 9 turdan sonra qələbə qazandı. Saşa İliçin rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Qəbələ”ni minimal hesabla (1:0) məğlub etdi.

Nəticənin “kimyaçılar”ın xeyrinə olmasına baxmayaraq, oyun demək olar, 90 dəqiqə rəqibin üstünlüyü ilə keçdi. “Qəbələ” hər iki hissədə daha çox şans yaratsa da, qol vura bilmədi. “Sumqayıt” qoldan sonra əks-hücumlardan fərqlənməyə hesablanmış oyun sərgiləydi. “Kimyaçılar” əlinə düşən iki belə imkanı isə qaçırdı.

“Qəbələ” autsayder “Karvan-Yevlax”ın qələbə qazandığı, 10-cu “Kəpəz”in isə məğlub olduğu turda irəliləmək şansını boşa verdi. “Sumqayıt” isə xallarını 35-ə çatdıraraq mövqeyində qaldı.

“Kimyaçılar” üçün mövsüm demək olar, bitib. Komanda sonuncu “Karvan-Yevlax”dan 21, 10-cu “Qəbələ”dən isə 16 xal öndədir. “Sumqayıt”ın liqada qalacağı dəqiqdir və artıq komandada əksər oyunçular üçün “çemodan” əhvalı var. Başda baş məşqçi Saşa İliç olmaqla bir çox legionerin də klubdakı taleyi sual altındadır.

“Qəbələ” isə pley-offlara qalmamaq üçün çalışır. Bölgə klubu çempionatda ən çox qol şansı yaradan kollektivlər arasında “üçlük”də olmasına baxmayaraq, 28 turda vurulan qol sayı cəmi 25-dir. Komandada keyfiyyət və təcrübə çatışmazlığı nəticələrdə əksini tapıb.

“Qəbələ”nin növbəti turda rəqibi “Araz-Naxçıvan” olacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Autsayder “Karvan-Yevlax” səfərdə lider “Sabah”la qarşılaşacaq və böyük ehtimalla xal itirəcək. “Kəpəz” isə “Şamaxı”nın qonağı olacaq. Gəncəlilərin də bu matçdan xal qazanmaq şansı azdır. Bunlar fonunda “Qəbələ”nin azarkeşləri önündə “Araz-Naxçıvan”ı məğlub etməsi sona bir ay qalmış komandanı pley-off zonasından çıxara bilər.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Aprel 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see306

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see304

Livitt istefa verdi

13 Avqust 2026 00:16see246

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see224

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see186

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see184

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see174

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see171

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see165

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see165

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see164

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see164

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see163

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see161

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see160

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see159

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see157

Beyin travmalarının müalicəsi üçün meduzalardan preparat hazırlandı

12 Avqust 2026 21:21see155

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see155

Faydalı olmasaydı, Bakı və İrəvan bu sənədi imzalamazdı Erməni deputat

12 Avqust 2026 14:20see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri