Icma.az
close
up
RU
Qələbəyə yaraşmayan oyun

Qələbəyə yaraşmayan oyun

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandası yoldaşlıq oyununda Tacikistana qalib gəldi – 1:0. Görüşdə yeganə qol Toral Bayramovun cərimə zərbəsindən vuruldu. Qapı tirinə, sonra isə qapıçı Oleq Baklova dəyən top tora daxil oldu. Zərbə baxımlı alınsa da, qol avtoqol kimi dəyərləndirildi.

Ayxan Abbasov matça fərqli “11-lik”lə çıxmışdı. Mahir Emreli, Renat Dadaşov, Rüfət Abdullazadə kimi əsas simalar ehtiyatda qalmışdı. Müdafiə xəttində də Rahil Məmmədovun yer alması gözlənilməz idi. Abbasov bu mövsüm komandasında az şans qazanan arxa xətt oyunçusuna etibar etdi.

İrəlidə Rəhim Sadıxov və Musa Qurbanlıya şans verən mütəxəssis gözləntilərini ala bilmədi. Hər iki oyunçu kifayət qədər fərdi səhv və top itirməklə diqqət çəkdi. Ümumiyyətlə, ilk hissədə komandada anlaşmazlıq hiss olundu. Yarımmüdafiədə Emin Mahmudov, Aleksey İsayev və Abdulla Xaybulayev müdafiə ilə hücum arasında əlaqə qura bilmirdi. Futbolçular ləng hərəkət edir, irəliyə yox, geriyə ötürməyə üstünlük verirdi. Nəticədə milli birinci hissədə ciddi epizod yarada bilmədi.

Matçın yoldaşlıq xarakterli olması Ayxan Abbasovun seçim şansını artırmışdı. Emreli və Dadaşov ikinci hissədə meydana daxil oldu. Görüşdə az müddət oynamasına baxmayaraq, Mahir effektivliyi ilə seçildi. Rəqib cərimə meydançasında driblinq edən, qarışıqlıq yaradan forvard komandanın əsas oyunçularından olduğunu göstərdi.

Tacikistan millisi də pis təsir bağışlamadı. Xüsusilə buraxılan qoldan sonra təzyiq edən, qol şansları yaratmağa çalışan taciklər 1-2 dəfə təhlükəli olmağı bacardı. Qapıda Emil Balayevin son dəqiqələrdə kritik seyvi qələbədə həlledici oldu.

Taciklərlə matç Abbasov üçün eksperiment idi. Lakin sərgilənən futbol və oyunçuların durumu pozitiv ümid vermir. Qarşıda Litva ilə görüş var və onlar Tacikistan yığmasından daha güclüdür və keyfiyyətli oyunçulardan təşkil olunub. Məhz onlarla dueldə millinin gücü məlum olacaq. Taciklər ikinci hissədə şanslarını boşa verdi, ancaq litvalılar boşluqlardan maksimum yararlanmağı bacaran, sürətli hücum quran kollektivdir.

Litva – Azərbaycan oyunu sentyabrın 27-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Sentyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri