Qəlyana görə adam öldürən yeniyetmə TUTULDU
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən S.S.-nin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq S.S. 6 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror onun 7 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişdi.
Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 13-də Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib.
İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs tanışının elektron qəlyanını alıb geri qaytarmayıb. Tərəflər arasında da mübahisə elə bundan sonra baş verib.
Təqsirləndirilən yeniyetmənin bıçaqladığı yeniyetmə isə onun qəlyanını aldığı şəxsin qardaşı olub.
Bir qrup yeniyetmə arasında qanlı insidentlə nəticələnən mübahisənin də əsas predmeti həmin elektron qəlyan olub.
Faktla bağlı cinayət işi başlanılaraq CM-in 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29. 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) 221.2.1 (xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















